Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 28-04-2020, 19:14

Nişanlısını "sürpriz" adı ilə meşəyə aparan qız onun boğazını kəsib öldürdü

Nişanlısını "sürpriz" adı ilə meşəyə aparan qız onun boğazını kəsib öldürdü
Türkiyənin Eskişehir vilayətində qız nişanlısını meşədə amansızlıqla qətlə yetirib.

“Demirören Haber Ajansı” (DHA) məlumat verir ki, 22 yaşlı Zəhra Aras 28 yaşlı nişanlısı Emrah Öztürklə meşəyə gedib.

Onların arasında mübahisə baş verib və Z.Aras E.Öztürkə səkkiz bıçaq zərbəsi endirib, daha sonra boğazını kəsib.

Hadisəni törətdikdən sonra qaçmağa çalışan Z.Aras tutulub.

Məhkəmə iclasında verdiyi ifadədə Z.Aras Eskişehirə toy üçün alış-veriş etməyə getdiklərini, nişanlısını sevmədiyini, bunu ona deyə bilmədiyini və naməlum səbəbdən öldürməyə qərar verdiyini bildirib.

Məlum olub ki, Z.Aras nişanlısına meşəyə getməyi və orada cinsi əlaqəyə daxil olmağı təklif edib. Sonra isə oğlandan gözünü yummasını xahiş edib və ona sürpriz hazırladığını söyləyib.

Oğlan gözünü yumandan sonra Z.Aras çantasından çıxardığı bıçaqla onu öldürüb. Bundan sonra o, nişanlısının telefonunu sındırıb və pullarını götürərək, qaçmağa çalışıb.

Z.Arasın barəsində qəsdən adamöldürmə və oğurluq maddələri üzrə cinayət işi başlanılıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
603 528 504 612 538 499

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.