Xaliq

Xaliq Texnologiya 15-06-2020, 15:00

150 avro məbləğində “Xiaomi Redmi 9” smartfonu təqdim edilib

150 avro məbləğində “Xiaomi Redmi 9” smartfonu təqdim edilib
"Xiaomi" şirkəti yeni ucuz "Redmi 9" smartfonunu təqdim edib.
"Redmi 9" smartfonu "Gorilla Glass 3" qoruyucu şüşəsi ilə təchiz edilmiş "Full HD " təsvir ölçülü 6,53 düymlük maye kristal ekrana malikdir.
"Redmi 9" smartfonu "Helio G80" prosessoru ilə təchiz edilib. Arxa paneldə 4 kamera yerləşdirilib: 13 meqapiksellik (mp) obyektivə (f/2,2) malik əsas kamera, 8 mp-lik genişbucaqlı (f/2,2), 5 mp-lik makroobyektiv (f/2,4) və 2 mp-lik dərinlik sensoru. Ön kameranın təsvir ölçüsü 8 mp-dir.
5020 milliamper/saat tutumlu batareya 18 vatt gücündə sürətli enerjidoldurma texnologiyasını dəstəkləyir. Həmçinin "USB-C" portu, qulaqlıqlar üçün 3,5 mm-lik konnektor, "Bluetooth 5.0", FM radio və "Wi-Fi 802.11 b/g/n" (2,4 QHs) var. Təmassız ödənişlər üçün "NFC" çipinin mövcudluğu regiondan asılı olacaq.





Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
554 667 498 466 518 480

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.