Xaliq

Xaliq İslam Dini 16-06-2020, 14:00

İnsanlar nemətlərlə bu cür rəftar edərlər – 4 qrup

İnsanlar nemətlərlə bu cür rəftar edərlər – 4 qrup
Uca Allah insanlara nemət əta edər ki, onun vasitəsilə daha rahat həyat sürə bilsinlər. Nemətlər qarşısında insanların dörd dəstəsi vardır ki, onlarla tanış olaq.


1. Bu insanlar əvvəldən neməti qəbul etməkdən imtina edərlər və neməti istər maddi olsun, istərsə də mənəvi - qəbul etməzlər. Onlar tənbəllik edər və məsuliyyət altına girməzlər. Fəsada düçar olarlar və Allahın dinini qəbul etməzlər. Zəlillik yolunu seçərlər.


2. Bu insanlar həm maddi və həm də mənəvi nemətləri qəbul edərlər. Ancaq onu xərcləyən zaman simiclik edərlər. Onu infaq etməzlər. Əgər onlar alim olsalar, bu halda öz elmlərini başqalarına ötürməkdə simiclik edərlər.


3. O insanlar ki, nemətləri qəbul edərlər, ancaq onu Allah yolunda xərcləməzlər. Saray alimləri kimi. Və yaxud sərvəti yığıb, onu heç kəsə verməyən varlılar kimi.


4. O insanlar ki, maddi və mənəvi nemətləri qəbul edərlər və özlərini bu nemətə qarşı əmanətdar hesab edərlər. Həmin nemətləri Allahın istədiyi kimi xərcləyərlər. Uca Allah bu bəndələrini şakir adlandırır.
Allahım, bizləri şakirlərdən qərar ver!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
683 600 599 612 605 582

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.