kolgem

kolgem Aforizm 15-10-2016, 15:00

Həyatdan öyrəndiklərim

Həyatdan öyrəndiklərim
Həyatdan öyrəndiklərim

Öz həyat hekayəni özün yaz. Kimsənin sənin həyatına ssenari çəkməsinə izn vermə.


Nəyə inandığın arzularından, xəyallarından, ümidlərindən daha güclüdür. Nəticədə hər zaman nəyə inanırsansa o olacaqsan.


Əvvəlcə özünü sev, sonra hər fürsətdə bu sevgini ətrafına yaymağı öyrən.


Hər kəsin dediyinin əksinə davransan, heç də dünya dağılmaz.


İntiusiyalarına güvən. Onlar yalan söyləməz.


Çalış, sevdiyin işlə məşğul olaraq pul qazanmanın yolunu tap.


Hər açılan səhər hər şeyə yenidən başlamaq üçün sənə verilən fürsətdir.


Necə edəcəyini bilmədiyin anlarda səssiz bir yerdə əyləş və sakitləş. Cıxış yolu tapacaqsan.


Bu duanı dilindən əksik etmə; Sənə şükürlər olsun, Allahım.


Keçmişdə sənə edilən bir pisliyin bugün üçün heç bir gücü və mənası yoxdur. Yalnız sən verdiyin halda olar.


Səhv-səni başqa tərəfə yönləndirən yol işarəsidir.


Heç bir kədər sonsuza qədər sürmür.


Xoşbəxtliyin bəxş etdiyin sevgi qədərdir.


Bu dünyada ən çətin iş gözəl ana olmaqdır.


Sevgi hər zaman ürəyi ağrıtmamalı, əksinə özünüzü yaxşı hiss etmənizi təmin etməlidir.


Çalışın, işinizi həvəs yönləndirsin.

Əkdiyin qədərində biçərsən.


Boş-boş narahat olmaq zaman itkisidir. Ondansa bu zamanı narahat olduğun məsələ ilə bağlı nəsə etməyə sərf et.


Oprah Wnfrey( Amerikan tele-aparacısının gündəliyindən)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
823 815 775 672 733 751

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.