HASANLY

HASANLY Video, Klip 10-08-2020, 12:09

Damla - Gelsin (Yeni Klip 2020)



Damla - Gəlsin

Söz: Damla
Mus: Amir Heydari
Aranj: İlkin Hasan
Mix-master: Bəxtiyar Həsən
Rejissor: Delee
Produsser: Şamil İbrahimov



Gəlsin (Mahnının Sözləri)

Hər gecə göz yaşıma otağım şahid,
Evimin divarları üstümə gəlir.
Adını sayıqlaram yatağım şahid,
Gözümün yaşlarını yastığım silir

Çarəsiz baxışlarım pəncərəmdədir,
Mən necə əlacsızam görənlər bilir.
Bəlkə də düşünürlər günah məndədir,
Ürəyim hər gecə ölüb-dirilir.


Nəq:
Gəlsin!
Təsəlli verməsin vaxt uzanmasın.
Gəlsin!
Bundan artıq daha canım yanmasın,
Gəlsin!
Onun yeri ölüncə mənim yanımdır.
Gəlsin!
Ona məndən başqası toxunmasın,
Gəlsin!
Üz-üzə dayanaq heç danışmasın.
Gəlsin!
Onun yeri ölüncə mənim yanımdır!

Damla - Gelsin (Yeni Klip 2020)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
779 806 722 648 709 680

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.