Луна

Луна Yumor 23-08-2020, 11:00

Gülmək sizə çox Yaraşacağ ヅ♡

Gülmək sizə çox Yaraşacağ ヅ♡
Nənə günorta yatmayan nəvəsinə deyir:
- Sənin yerində olaydım, bütün günü yatardım!
- Nənə, sən mənim yerimə yerləşmərsən!
Gülmək sizə çox Yaraşacağ ヅ♡
Bir gün Molla Nəsrəddin bir neçə adamın arasında dayanıb söhbət edirmiş.Bir nəfər Mollaya deyir:
-Molla dayı, ora bax. bir qazan aş aparırlar!
-Mənə nə?
-Necə yəni "mənə nə?" aşı sizə aparırlar axı.
-Onda sənə nə?

Nənə balaca oğlana şad xəbər çatdırmaq istəyir:
- Bu yaxınlarda anan sənə təzə bacı alacaq.
- Nənə, o qədimdə olub, uşaqları qul kimi, kölə kimi satırdılar. İndi başqa zamandır.

- Ata, gəlmişəm səninlə yatam!
- Tək yatmaqdan qorxursan?
- Yox, yaxşı yuxular görürdüm, istədim sən də görəsən.
- Nə görürdün?
- Görürdüm mənə velosiped almısan!

Nənə protez dişlərini çıxarır. Balaca Gülər təəccüblə nənəsinə baxıb deyir:
- Nənə, sən fokusçusan?
- Hə, mənim balam!
- Nənə, dişlərini çıxartdın, gözlərini də çıxara bilərsən?

Qız nişanlısına deyir
- Mən səninlə evlənə bilmərəm sən çox xəsissən. Al bu da sənin nişan üzüyün.
Oğlan isə cavabında deyir
- Bəs qutusu hanı?


Oğlan əsgərlikdən nənəsinə qumbara göndərir və məktubda yazır: - Nənəcan, əgər
bu həlqəni çəksən, nəvənə üç gün məzuniyyət verəcəklər.


Sürətlə velosiped sürən oğlan anasına deyir:
- Ana, bax, velosipedi əlsiz sürürəm!
Elə bu vaxt bərkdən divara dəyir. Babaxxxxx!
- Durub təzədən velosiped sürməyə başlayan oğlan bu dəfə sakitcə anasına deyir:
- Ana bax, velosipedi dişsiz sürürəm!


Müəllim:
-Uşaqlar,nəyə görə öz sinif yoldaşınızı döymüsünüz?
-Çünki o, ev tapşırığını düzgün yazmamışdı.
-Bu axı onu döyməyə bəhanə deyil.
-Axı biz hamımız ondan köçürmüşdük.


Bir gün bir tələbə yol ilə gedərkən imtahanda ona iki verən müəllimi ilə rastlaşır...
T. Salam, Müəllim!
M. Mən axmaqlarla salamlaşmıram!!
T. Təsəvvür edirsiz mən isə təkcə axmaqlarla salamlaşıram!


İki bitin dialoqu...
a. Hardan gəlirsən?
b. Məhəmmədin başından!
a. Hansı Məhəmmədin?
b. Keçəl Məhəmmədin, basına sürüşməyə getmişdim...


Nəvəsini yatırtmaq üçün nənə mahnı oxuyur. Bir saat, iki saat… Uşaq əsnəyərək soruşur:
-Nənə, olar mən yatım,yoxsa sən hələ oxumaq istəyirsən?


P.S: Bütün xəstəliklərin əvəzsiz və qiymətsiz tək dərmanı gülüşdür bunu unutmayın :)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
717 648 628 672 611 575

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.