Mətbəx sirləri
1)Taxta lövhələri limonla silmək lazımdır. Bunun üçün limonu ikiyə bölüb, çirkli səthə çəkib, 20 dəqiqə gözləyin. Sonra lövhəni yaxalayaraq, istifadə edin.
2)Kartofların “cücərməsinin” qarşısını almaq istəyirsinizsə, onları saxladığınız yerə bir ədəd alma qoyun.
3)Limonu sıxmazdan əvvəl onu isti suda saxlamaq lazımdır. Bundan sonra o daha sulu olacaq.
4)Qaz sobasındakı ləkələri təmizləmək üçün ikiyə bölünmüş soğan ideal vasitədir.
5)Kartofların qızılı rəngdə qızarması üçün onları tavaya tökməzdən əvvəl üzərinə xəfif un səpə bilərsiniz.
6)Südün ömrünü uzatmaq üçün onun içinə bir çimdik duz atmaq yetərlidir.
7)Sobada qızardacağınız toyuğun nar kimi qırmızı olmasını istəyirsinizsə, limonu 2 yerə bölüb, yarısını toyuğun üzərinə yaxşıca sürtün, digər yarısını isə toyuğun içərisinə yerləşdirin.
8)Soğan iyinin əlinizdə qalmaması üçün soymazdan əvvəl barmaqlarınızı bir neçə saniyə sirkədə saxlaya bilərsiniz.
9)Əgər süd yanıbsa, qabın üstünə nəmli ağ bez örtüb, 5 dəqiqə saxlayın. Südün yanıq qoxusu tamamilə itəcək.
10)Yumurtanın təzə olmasını yoxlamaq istəyirsinizsə onu bir qab suya salın. Əgər yumurta dibə getsə demək təzədir.
11)Kartofu əvvəl qaynar, sonra soyuq suya qoysanız qabığı asan soyulacaq.
12)Yumurtanın qabığının asan soyulması üçün qaynatdığınız suya bir az sirkə əlavə edə bilərsiniz.
13)Yumşaq pendirləri dağıtmadan sürtgəcdən keçirmək üçün əvvəlcə 30 dəqiqə buzda saxlamaq lazımdır.
14)Ciyərin sərt deyil, zərif alınmasını istəyirsinizsə, onu bişdikdən sonra duzlayın.
15)Aşın bəmbəyaz olmasını istəyirsinizsə, onu bişirdiyiniz zaman suya bir neçə damcı sirkə əlavə edin.
16)Bulyonun şəffaf olmasını istəyirsinizsə, onun içinə bir kub buz atın və qaynadın.
17)Lobyanın rəngini itirməsini istəmirsinizsə, onu bişirərkən qapağı kip bağlamayın.
18)Badımcanın acılığını aradan qaldırmaq üçün onu duzlayıb bir müddət saxlayın. Daha sonra soyuq su ilə yuyun.
19)Ətin qıpqırmızı qazmaqla örtülməsini istəyirsinizsə, onun üzərinə nar şirəsi çəkin daha sonra bişirin.
20)Şorbanın ləzzətinə ləzzət qatmaq üçün onu oddan götürməzdən öncə üzərinə yerkökü şirəsi əlavə edin.
21)Salata xüsusi dad qatmaq üçün onun üzərinə vanil tozu səpin.
22)Duzu limon şirəsi ilə əvəz edin. Beləliklə yeməyiniz daha sağlam olacaq və xüsusi sitrus tamı ilə fərqləncək.
23)Göyərtinin daha yaxşı təmizlənməsi üçün yuduqdan sonra bir qədər sirkə əlavə edilmiş soyuq suda saxlayın.
24)Göyərtiləri uzun müddət saxlamaq üçün onları yuduqdan sonra şüşə qablarda saxlayın.
25)Tərəvəzləri duzlu suda yumaq onları daha tez təmizləyər.
26)Bişirdiyiniz keksin qəlibindən tez və rahat çıxması üçün qəlibi isti-isti yaş bezin üstünə qoyun.
27)Tavadakı qızdırılmış yağın ətrafa sıçramaması üçün ona tavaya bir çimdik duz atın.
28)Yeməyin duzu çox olduqda qazana bir neçə parça çiy kartof atın. Kartoflar duzu çəkəcəkdir.
29)Dovğanın şirin olması üçün bişirilib soyudulduqdan sonra üzərinə soyuq süd və ya bir xörək qaşığı xama əlavə edin.
30)Kəsik limonun yaxşı saxlanması üçün kəsik tərəfini duz səpilmiş qaba qoyub soyuducuda saxlayın.
31)Badımcanları bişirməzdən əvvəl soyuq suda saxlasanız, bişirərkən daha az yağdan istifadə edərsiniz.