Arzum

Arzum Sağlamlıq 1-09-2020, 18:30

Qəlyanın insan orqanizminə 5 zərəri

Qəlyanın insan orqanizminə 5 zərəri
Cavanlar arasında qəlyan çəkməklə bağlı çox təhlükəli yanılma yayılıb ki, guya qəlyan siqaretdən daha az ziyanlıdır. Bu olduqca səhv fikirdir.

Loading.az medicina.az-a istinadən bildirir ki, araşdırmalar qəlyanın siqaret çəkməkdən qat-qat ziyanlı olduğunu göstərir:

1. Qəlyanda tüstü su filtrdən keçir. Qəlyan çəkənlərin fikrinə görə, bu zaman tüstü ziyanlı maddalərdən tam "təmizlənir". Lakin bu belə deyil. Su tüstünü ziyanlı maddələrin az bir hissəsindən təmizləyir, əsas hissəsi isə qalır.

2. Araşdırmalar göstərir ki, 1 saat ərzində qəlyan çəkan insan 1 siqaret çəkənlə müqayisədə 100-200 dafə daha çox tüstü udur. Bu zaman onun orqanizminə daxil olan dəm qazının miqdarı 1 qutu siqaret çəkən insanla eynidir. Dəm qazı ən güclü zəhərlərdən biridir.

3. Qəlyan çəkən insanda siqaret çəkən insanla müqayisədə tüstü ağciyərin daha dərin hissələrinə daxil olur ki, bu da daha ağır pozulmaların inkişafına səbəb olur.

4. Qəlyan çəkən insanlar birdəfəlik müştükdən istifadə edir və onların fikrinə görə bu "sterilliyi" təmin edir. Lakin birdəfəlik müştük qəlyan çəkən insanı infeksiya və mikroblardan qorumur. Mikroblar qəlyan şlanqlarında və qabda toplanır. Har qəlyan çakən insandan sonra bu şlanq və qab yaxşi-yaxşı yuyulmalıdır. Təbii ki, bu hər dəfə baş vermir və nəticədə insanda çox yüksək infeksiyalara yoluxma riski yüksək olur.

5. İsrail alimləri araşdırmalar zamanı aşkar ediblər ki, qəlyan çəkmək qida borusu və ağciyər xərçənginin riskini xeyli artırır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
531 542 528 471 453 521

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.