ÊLfidÂ

ÊLfid Mətbəx 4-09-2020, 11:30

Gürzə resepti

Gürzə resepti
Xəmir üçün:
2 stəkan un
1 ədəd yumurta
1/4 stəkan su (təqribi)
1/2 çay qaşığı duz

İç üçün:
400 qr çəkilmiş yağlı ət
1 böyük baş soğan
duz
istiot

Hazırlanması:
Əvvəlcə çəkilmiş ət soğanla birlikdə duz, istiot əlavə olunaraq qovrulur. Xəmir üçün un, yumurta, duz, üzərinə su əlavə olunmaqla normal yumşaqlıqda xəmir yoğrulur.
Xəmiri kündələrə bölürük, çox nazik olmamaq şərti ilə yayırıq. Sonra stəkan və ya digər dairəvi kəsici əşya ilə xəmirdə dairələr kəsirik. Bişmiş qiymədən təxminən 2 çay qaşığı hər dairənin ortasına qoyuruq. Hazır olan gürzələri qaynayan,duz əlavə olunmuş suda 5-7 dəqiqə bişirib suyunu süzüb boşqaba qoyuruq. Üzərinə əridilmiş kərə yağı töküb qatıqla süfrəyə veririk.

Nuş olsun

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
546 635 540 567 551 550

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.