Луна

Луна Mətbəx 10-09-2020, 16:32

Mimoza Salatı

Mimoza Salatı
Ərzaqlar


450 qram dərisiz və sümüksüz toyuğun döş əti
1/2 stəkan xırda doğranmış qoz ləpəsi
4 ədəd orta boy kartof
4 ədəd bişmiş yumurta (ikisinin sarısını üstü bəzəmək üçün ayırın)
3 ədəd orta boy yerkökü
Duz
6-8 qaşıq xama (zövqə görə bu miqdarı artırmaq da olar) + 6-8 qaşıq mayonez (zövqə görə bu miqdarı artırmaq da olar)
Şüyüd, üstü üçün
Rəndələnmiş Holland pendiri, üstü üçün
2 bişmiş yumurtanın sarısı


Hazırlanması


1. Toyuq ətini bir çimdik duz əlavə edilmiş suda bişirin. Sonra süzün və kənara qoyun. Soyuduğunda əlinizlə didin.

2. Kartof, yerkökü və yumurtaları suda bişirib qabıqlarını soyun. Sürtgəcin iri dişindən keçirib, ayrı-ayrı qablara qoyun. Ayırdığınız 2 yumurta sarısını sürtgəcin xırda gözündən keçirin.

3. Hazırladığınız ərzaqları aşağıda verilən ardıcıllıqla servis qabına lay-lay düzün.

toyuq ətinin yarısı
xama-mayonez qarışığı
qozun yarısı
kartofun üçdə biri
duz
xama-mayonez qarışığı
yumurtaların yarısı
duz
yerkökünün yarısı
xama-mayonez qarışığı

4. Layları eyni şəkildə davam edin. Ən üstdə qalan üçdə bir kartof olmalıdır.

5. Axırıncı layın üstünə və istəyə görə salatın kənarlarına xama-mayonez qarışığı sürtüb, üstünə Holland pendiri sərpişdirin. Şüyüd yarpaqları və yumurta sarısı ilə salatı bəzəyin.

6. Soyuducuda ən az 1 saat saxladıqdan sonra süfrəyə verin.


Nuş Olsun! :)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
647 697 572 573 613 626

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.