Arzum

Arzum Xəbərlər 12-09-2020, 16:00

Azərbaycanda əkizlər qəbul imtahanında eyni balı topladı

Azərbaycanda əkizlər qəbul imtahanında eyni balı topladı
Kürdəmir rayonu, Şilyan kənd orta məktəbinin məzunları olan əkiz bacılar – Nuranə və Aynurə Əhmədovalar qəbul imtahanında da eyni balı - 490 bal toplayıblar. Bu barədə sosial şəbəkədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb.

Loading.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Şilyan kənd orta məktəbinin direktoru Talıb Cahangirov məlumatı təsdiqləyib. Direktor bildirib ki, bacılardan biri – Nuranə Əhmədova I qrupa, Aynurə Əhmədova isə II qrupa imtahan verib.

“İkinci qrupa imtahan verən Aynurə əvvəlcə dizayner olmaq istəyirdi, amma sonra fikrini dəyişdi, indi tarix və coğrafiya müəllimi olmaq istəyir. Digər bacı isə riyaziyyat-informatika müəllimliyini seçib”, - deyə T. Cahangirov bildirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
497 499 550 519 538 522

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.