amon

amon İdman 13-09-2020, 22:59

"Qalatasaray" 7 futbolçusunu Bakıya gətirmir

"Qalatasaray" 7 futbolçusunu Bakıya gətirmir
Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Qalatasaray" oyun üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Loading.Az`a Qol.az xəbər verir ki, baş məşqi Fatih Terim siyahıya 23 futbolçunun adını daxil edib. Bunlardan 2-si qapıçı, 7-si müdafiəçi, 11-i yarımmüdafiəçi, 3-ü hücumçudur.

Zədəli Fernando Muslera, Ahmet Çalık, Emre Taşdemir, Valentin Ozornvafor, Emre Akbaba, həmçinin yeni transferlər Kerem Aktürkoğlu və Oğulcan Çağlayan Bakıya gətirilməyəcək.

Qapıçılar: Okan Kocuk, Fatih Öztürk

Müdafiəçilər: Şener Özbayraklı, Omar Elabdellaui, Martin Linnes, Rayan Donk, Kristian Luyindama, Marselo Saraççi, Markao.

Yarımmüdafiəçilər: Ömer Bayram, Taylan Antalyalı, Yunes Belhanda, Oqenekaro Etebo, Cimmi Durmaz, Emre Kılınç, Sofian Fequli, Rayan Babel, Yunus Akgün, Arda Turan, Jesse Sekidika.

Hücumçular: Radamel Falkao, Ali Yavuz Kol, Mbaye Diagne.

Qeyd edək ki, "Qalatasaray" sentyabrın 17-də Bakı Olimpiya Stadionunda "Neftçi"nin qonağı olacaq. Oyun saat 20:00-da başlayacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
583 603 592 532 567 527

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.