reklam
Vertolyot tipli kəşfiyyatçı dron hazırlanıb Vertolyot tipli kəşfiyyatçı dron hazırlanıb https://take.az/uploads/posts/2020-09/thumbs/1600146219_loading.az_880812.jpg
Луна

Луна Texnologiya 16-09-2020, 12:09

Vertolyot tipli kəşfiyyatçı dron hazırlanıb

Vertolyot tipli kəşfiyyatçı dron hazırlanıb
ABŞ-ın "Anduril" şirkəti avtonom rejimdə havadan kəşfiyyatın aparılması üçün nəzərdə tutulan "Ghost 4" pilotsuz uçuş aparatını hazırlayıb. Belə dronlar həm tək-tək, həm də qrup şəklində istifadə oluna bilər.

LoaDinG.Az ictnews.az-a istinadən bildirir ki, füzelyajı xarici görünüşünə görə tüfəngə bənzəyən yeni "Anduril" pilotsuz uçan aparatı vertolyot sxemi üzrə hazırlanıb. "Ghost 4" dronunun uzunluğu 2,7 metr, eni və hündürlüyü 4 metr təşkil edir. Bükülən konstruksiya aparatı xüsusi çamadanda daşımağa imkan verir.

Şirkət nümayəndələrinin sözlərinə görə, 100 dəqiqə ərzində havada qalan "Ghost 4" dronunun əsas versiyası çıxarılabilən stabilləşdirilmiş elektron optik sistemlə təchiz olunsa da, ona əlavə avadanlıq, o cümlədən lazer hədəf göstəricisi və rabitə sistemləri də quraşdırmaq mümkündür.

Uçuş zamanı səsi az olan pilotsuz uçan aparatı buraxmaq üçün təxminən 2 dəqiqə tələb olunur.

Xatırladaq ki, ötən il "Anduril" şirkəti digər dronların məhv edilməsi üçün nəzərdə tutulan "Interceptor" pilotsuz uçuş aparatını nümayiş etdirib.

"Interceptor" müəyyən bina və ya obyekt, məsələn, hərbi baza və ya həbsxana ətrafında hava məkanına nəzarət edən kiçik kvadrokopterdir. Xüsusi kompüter görmə sistemi vasitəsilə dron digər pilotsuz uçan aparatların havada görünməsini izləyir. Qayda-qanunu pozan aparat aşkarlanan zaman "Interceptor" operatordan hücum üçün icazə aldıqdan sonra tarana gedir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
301 291 301 270 308 266

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.