Asan Almalı Piroq
Ərzaqlar
2 stəkan əla növ un
1 stəkan şəkər tozu
2 çay qaşığı qabartma tozu
1/4 çay qaşığı duz
1 ədəd iri yumurta – yüngülvari çırpılmış
1 stəkan süd
2 xörək qaşığı zeytun yağı və ya hər hansı növ başqa duru yağ (güclü qoxusu olmayan)
2ədəd alma (biri yaşıl, o biri gıqmızı) – qabığını soymadan nazik dilimlər şəkilində kəsin
1/2 stəkan qəhvəyi şəkər tozu
1/2 çay qaşığı darçın
1/4 stəkan kərə yağı, əridilib otaq hərarətinə qədər soyudulmuş
1/2 stəkan doğranmış qoz
Hazırlanması
Sobanı 180ºCdək qızdırın. Un, şəkər tozu, qabartma tozu və duzu bir qabda qarışdırın. Üstünə yumurta, süd və duru yağı əlavə edib, yenidən qarışdırın. Alınan kütləni dibi yağlanmış və azacıq unlanmış, ölçüləri 23x 33 sm olan formaya boşaldıb, üstünü hamarlayın. Alma dilimlərini xəmirin üstünə cərgələrlə düzün. Ayrı qabda qəhvəyi şəkər tozu, darçın va kərə yağını qarışdırın. Alınan qarışığı almaların üstünə səpin. Bunun da üstünə qozu səpin.Piroqu xəmir formanın kənarlarından ayrılanadək (təxminən 45 dəqiqə) bişirin. Sobadan çıxardın. Qoyun piroq formanın içində təxminən 10 dəqiqə soyusun. Piroqu hələ isti ikən və ya otaq hərarətində olduğunda süfrəyə verin.






