amon

amon Məşhurlar / Video, Klip 25-11-2016, 14:35

Türkiyədə Üzeyirin mahnısı üstündə dava düşdü - VİDEO

Türkiyədə Üzeyirin mahnısı üstündə dava düşdü - VİDEO

Türkiyədə Seda Sayanın sevgilisi, "Erco" musiqi şirkətinin rəhbəri Erkan Çelik ilə Sinan Özen arasında böyük qalmaqal yaşanıb.

Loading.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Sinan 7 il sonra "Bambaşka" adlı albom çıxarıb.

Albomda "Dur gitme" adlı mahnı azərbaycanlı ifaçı Üzeyir Mehdizadənin ifa etdiyi "Yaxşı olar"ın plagiatıdır.

S. Özen albomunda özünü musiqi parçasının müəllifi kimi qeyd edib.

Erkan Çelik isə mahnını iki il əvvəl aldığını, Türkiyədə mahnının hüquqlarının ona aid olduğunu söyləyib.

O, sahib olduğu musiqi şirkətinin solisti Sevcan Dalkıranın həmin mahnını ifa etdiyini söyləyib:

"Mahnını iki il əvvəl almışam, bütün hüquqlar mənə aiddir. Keçdiyimiz aylarda şirkətimizin solisti, həmin mahnını "Ay balam" adıyla ifa edib. Bəstə Üzeyir Mehdizadəyə məxsusdur. Sinan "Erco" adlı şirkətimizdən icazə almayıb, mahnını albomuna daxil edib. Təbii ki, qanun qarşısında cavab verəcək".

"Qafqazinfo" məsələ ilə bağlı Üzeyir Mehdizadə ilə əlaqə saxlayıb.

Müğənninin köməkçisi Nicat İsmayıloğlu mahnının Türkiyə musiqi şirkətinə satılması barədə yayılan xəbərləri təsdiq edib:

"Doğrudur, mahnı iki il əvvəl Türkiyə şirkətinə satılıb. Mahnının hüququ bir müddətlik onlara verilib. Bu işlərlə həmin ölkə üzrə əməkdaşımız məşğul olub. Çünki Üzeyirin Azərbaycan və xarici ölkələr üzrə işlərini başqa-başqa insanlar görürlər".

[media=https://www.youtube.com/watch?v=KQ7V_OxX3Wo]

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
657 649 513 553 577 529

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.