Луна

Луна Xəbərlər 7-10-2020, 12:29

Paşinyan növbəti dəfə jurnalistin sualları qarşısında aciz durumda qaldı

Paşinyan növbəti dəfə jurnalistin sualları qarşısında aciz durumda qaldı
Ermənistanın baş naziri Nikol Paşinyan "BBC" kanalına müsahibə verib.

LoaDinG.Az Trend-ə istinadən bildirir ki, müxbir Cona Fişerin suallarını cavablandırmağa çalışan Ermənistan Baş naziri Nikol Paşinyan bu dəfə də aciz qalıb.

Jurnalist Cona Fişer Paşinyandan Ermənistanın hansı güzəştlərə hazır olduğunu soruşub və israrla rəsmi Yerevanın Dağlıq Qarabağ və ətrafındakı rayonları boşaltmağa hazır olub-olmadığını xəbər alıb.

Paşinyan bu suala birbaşa cavab verməkdən yayınmağa çalışıb. O bildirib ki, bununla bağlı danışıqlar uzun illər boyu davam edir. Bundan başqa Ermənistan baş naziri "bunun üçün Azərbaycanın Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını həll etmək hüququnu tanımalı olduğunu" bildirib.

Paşinyan BMT qətnamələri ilə bağlı da gülünc cavab verib. O, bildirib ki, həmin qətnamələrdə Ermənistandan bəhs edilmir.

Bununla bağlı jurnalistin növbəti sualı isə daha kəsərli olub:

"Lakin həmin qətnamələrdə Dağlıq Qarabağın Azərbaycana aid olması aydın şəkildə yazılıb" sualına isə erməni baş nazir cavab tapmayıb və üstəlik Azərbycanın Dağlıq Qarabağda erməni soyqırımını həyata keçirmək istədiyi barədə yalanlarını təkrarlayıb.

Jurnalist olmasına baxmayaraq, Paşinyan bununla artıq neçənci dəfədir ki, jurnalist qarşısında çətin vəziyyətə düşür. Əlbəttə ki, Paşinyanın bu acizliyinin başlıca səbəbi onun mövqeyinin haqsız, yalan olmasıdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
428 455 366 401 442 347

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.