Peyğəmbərimizə qarşı planlanan suiqəstlər və nəticələri
Ümmü Cəmil İslam'ın ən şiddətli düşmanlarından Əbu Ləhəb'in xanımı idi. Quran-i Kərim'də ondan "Odun daşıyan" deyə bəhs edilmişdir. Bu qadın İslam dəvəti qarşısında elə dəli olmuşdu ki, hər gün bezmədən sərt dikanları Məhəmməd peyğəmbər'in (s.a.s) yoluna saçır və bundan zövq alırdı. Onun haqqında ki, ayət endiyində o artıq yerində duramaz olmuş və əlinə bir daş alaraq Məscid-i Haram'a gəlmişdi. Hz.Məhəmməd (s.a.s) sadiq dostu Hz.Əbu Bəkir ilə orada otururdu. Ümmü Cəmil Hz.Əbu Bəkir'i gördü amma yanındaki Peyğəmbəri görə bilmədi və "Ey Əbu Bəkir! Dostun hardadı? Mən eşitdim ki, məni lənətləyib. Onu görsəm, bu daşı onun ağzına vuracam!" dedi.
Əbu Bəkir'i görən göz Peyğəmbəri görə bilmir və nəticəsiz geri dönür. Təbiki görə bilməzdi! Onu görmək bir cəhənnəm odunçusunun həddinəmi düşmüşdü?
Sözü gedən ayətlər Təbbət surəsindəndir:
1) Əbu Ləhəbin əlləri qurusun, qurudu da!
2) Ona nə mal-dövləti fayda verdi, nə də qazandığı
3) O, alovlu atəşə girəcəkdir.
4) Onun odun daşıyan övrəti də həmçinin!
5) Onun boğazında hörülmüş ip olacaqdır!
***
Buna bənzər bir hadisə Əbu Cəhil'in də başına gəlir. Bir gün qəbiləsinə belə bir söz verir:
"Vallahi, səcdədə Məhəmməd'i görsəm, başını bu daşla əzəcəm!"
Sabahsı gün, güclə qaldırdığı daşı götürüb getdi. Hz.Məhəmməd (s.a.s) səcdədə idi. Daşı tam qaldırıb vuracaq ikən əlləri yuxarıda dondu. Hz.Məhəmməd (s.a.s) namazını bitirib qalxana qədər o vəziyyətdə qaldı. Sonra isə əli açıldı çünki artıq ehtiyyac qalmamışdı!
Heçnəyə baxmayaraq öz təşəbbüslərindən əl çəkmirdi. Yenə bir gün eyni sözü verdi. Tam o anda Hz.Məhəmməd (s.a.s) gəldi. İbni Abbas vəziyyəti Hz.Məhəmməd'ə açıqlayınca O, əsəbləşdi və tez tələsik Məscid-i Haram'ın içinə girdi. Alak surəsini sonuna qədər oxudu və səcdə etdi. Ətrafdakılar Əbu Cəhil'ə "Sözünü tut!" deyə səsləndilər. Əbu Cəhil'in peyğəmbərimizə yaxınlaşması ilə geri dönməsi bir oldu. Camaat təəccüblənərək "Nə oldu? Niyə geri döndün?" deyə soruşdular. Əbu Cəhil onlardan da daha təəccüblü bir şəkildə "Mənim gördüyümü siz görmürsünüzmü?" deyə cavab verdi və əlavə etdi: "Vallahi, onunla mənim arama atəşdən bir uçurum açıldı!"
Müşriklərin ən ağır işgəncə və suiqəsdlərinin qarşısında Cənab-ı Haqq da sevgili Rəsulunu belə qoruyurdu.






