Diablo

Diablo Mətbəx 13-10-2020, 21:00

"Vineqred" salatı (foto-resept)

"Vineqred" salatı (foto-resept)
Tərkibi:

3 ədəd orta ölçülü kartof
4 ədəd orta ölçülü kök
1 ədəd böyük ölçülü çuğundur
200 qr. lobya
350 qr. şoraba kələm
1 dəstə keşniş
1 dəstə şüyüd
Zeytun yağı(zövqə görə)
Duz, istiot

Hazırlanması:

Kartofu, kökü, çuğunduru yuyuruq və qazanda qaynadırıq.
Lobyanı yuyub təmizlədikdən sonra ayrı qazanda qaynadırıq. Suya bir çimdik duz əlavə etmək lazımdır. Lobya yumşalana qədər qaynamalıdır.

"Vineqred" salatı (foto-resept)

Kələmi doğrayırıq. Keşniş və şüyüdü xırda-xırda doğrayırıq. Kök, kartof və çuğundur qaynadıqdan sonra onları sudan çıxarırıq, qabıqdan təmizləyirik və doğrayırıq. Qeyd: Lobya iri olduğuna görə kartofu, kökü və çuğunduru çox xırda doğramaq lazım deyil. Lobyanı əlavə edirik.



Zeytun yağını əlavə edirik. Zövqə görə duz, istiot əlavə edib hamısını yaxşıca qarışdırırıq.



Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
755 746 777 688 774 764

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.