kolgem

kolgem Şeirlər 9-12-2016, 22:57

Ürəyim, nə olar, sən küsmə məndən

Ürəyim, nə olar, sən küsmə məndən
Ürəyim, nə olar, sən küsmə məndən

Bilmirsən qəlbimdə fırtınalar var,
Sızlayan,qaynayan nə yaralar var.
Taleyimə düşən nə qaralar var,
Ürəyim, nə olar, sən küsmə məndən.

Həyatım çağlayan dəli bir ümman
Sahilə çıxmağa qalmayıb güman
Onsuzda başımın üstü çən-duman,
Nə olar,sevdiyim,sən küsmə məndən

Ürəyim nişangah,kədərim oxdu
Dərdimə təsəlli verənim çoxdur.
Onsuzda məndən umub_küsənim çoxdur
Bir yandan nə olar sən küsmə məndən

Səhrada qalmışam suya möhtacam
Qaranlıq zülmətdə nura möhtacam
Ürəkdən sevdiyim yara möhtacam
Nə olar,mələyim,sən küsmə məndən.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
2123 2059 2025 1922 1900 2005

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.