Donut resepti
Tərkibi:
2 ədəd yumurta
1 yemək qaşığı kərə yağı
1 stəkan süd
2 ədəd qabartma tozu
1 su stəkanı şəkər toz
1 ədəd vanil
Kifayət qədər un
Üzəri üçün:
100 qram şokolad (Bitter)
100 qram şokolad (ağ)
Hazırlanması:
Unu dərin bir qaba tökün. Mayanı suda əridin.
Şəkər tozu əlavə edib əridin. Maya, duz, süd, günəbaxan yağı, yumurta və darçını una əlavə edib yoğurun.
Xəmirdən kiçik kündələr qoparıb əlinizdə yuvarladın, unludağınız nimçəyə yerləşdirin.
Üzərini bir bezlə örtüb mayalanması üçün 30 dəqiqə gözləyin.
Mayalanan xəmirləri sonra əlinizlə şəkilləndirərək ortalarını kiçik yumru bir dairə ilə deşərək simit şəkli verin.
Yağlı kağız sərdiyiniz soba sinisinə düzün, əvvəldən isidilmiş 180 C dərəcədə sobada 20 dəq. bişirin
Üzəri üçün bitter şokoladı su hamamında əridin.
Sobadan çıxardığınız donutlar soyuyarkən əriyən şokolada batırıb üzərini zövqünüzə görə bəziyə bilərsiniz.
Nuş olsun






