amon

amon Mahnılar 23-10-2020, 20:09

Azərbaycan Ordu Marşı

Azərbaycan Ordu Marşı

Əsgər Marşı Sözləri

Vətən məni yetişdirib
Bu ellərə yolladı,
Bu torpağa qurban deyib
Allaha ismarladı.
“Boş oturma, çalış, - dedi, -
Xidmət eylə Vətənə.
Südüm sənə halal olmaz,
Sən baş əysən düşmənə”.

Marş irəli! Marş irəli!
Azərbaycan əsgəri!
Dönməz geri, dönməz geri
Azərbaycan əsgəri!

Yastığımız Vətən daşı,
Yorğanımız qar olsun.
Biz bu yoldan dönər olsaq,
Namus bizə ar olsun!
Nə gözəldir ölmək bizə
Sevimli Vətən üçün,
Yanar ürək yurd eşqilə
Daima için-için.

Marş irəli! Marş irəli!
Azərbaycan əsgəri!
Dönməz geri, dönməz geri Azərbaycan əsgəri!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
1092 1116 964 963 1014 967

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.