HASANLY

HASANLY Xəbərlər 27-10-2020, 10:41

Türkiyədə antiterror əməliyyatı zamanı partlayış oldu - FOTO/YENİLƏNİB

Türkiyədə antiterror əməliyyatı zamanı partlayış oldu - FOTO/YENİLƏNİB
Türkiyənin Hatay əyalətinin İskəndərun şəhərində terrorçunun zərərsizləşdirilməsi zamanı partlayış olub.

Loading.az "Report"a istinadən xəbər verir ki, bu barədə əyalətin qubernatoru Rəhmi Doğan billdirib.

O, qeyd edib ki, terrorçu zərərsizləşdirilib, həlak olan yoxdur.

"İki terrorçunun izlənilməsi zamanı İskəndırunda partlayış olub. Heç kim həlak olmayıb. Terrorçulardan biri zərərsizləşdirilib. Əməliyyat davam edir", - o bildirib.

"Habertürk" isə bildirib ki, hadisə zamanı 3 nəfər yaralanıb. Onlardan biri polis əməkdaşıdır.

22:43

Türkiyədə partlayış olub.

Bu barədə Loading.Az "Report"a istinadən xəbər verir.

Məlumata görə, partlayış Hatayda, İskəndərun ərazisində qeydə alınıb. Hadisə yerinə çoxlu sayda polis, xilasedici və tibb işçisi cəlb edilib. Partlayış zamanı avtomobillərə, yaşayış binasına ziyan dəyib.

Ərazi mühasirəyə alınıb.

Hadisənin təfərrüatı açıqlanmır.

Türkiyədə antiterror əməliyyatı zamanı partlayış oldu - FOTO/YENİLƏNİB

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
450 555 442 386 449 382

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.