ÊLfidÂ

ÊLfid Məsləhətlər 1-11-2020, 16:00

Anemiya

Anemiya

Qanazlığı (anemiya) son vaxtlar ən çox rast gəlinən problemlərdəndir. Ürək döyüntüsünün artması, halsızlıq, özünü daim yuxulu hissetmə, başın hərlənməsi kimi əlamətlərlə özünü göstərir.

Qan artıran qidalar:

-Qan artıran ən faydalı qidalardan biri çuğundurdur. Çuğunduru həm çiy, həm də bişmiş halda yemək olar. Qan artırmaq üçün isə salatını hazırlayıb yemək, şirəsini çəkib içmək ən yaxşı vasitədir.
-Soya südü, itburnu çayı, qara üzüm, tut doşabı, kətan toxumu (vegetariyanlar üçün ən gözəl omega 3 mənbəyi), arı balı, çiçək balı, balıq da qan artırır.

Bunlarla yanaşı, dəmirlə zəngin qidaları da menyunuza daxil etməlisiniz.

-Portağal, yumurta, alma, toyuq, qayısı, kişmiş, göyərtilər, qırmızı ət, qaraciyər qanazlığının qarşısını alacaq.

Bir sıra vitaminlərin orqanizmdə çatışmazlığı qanazlığının səbəbi ola bilər. Məsələn, B9 vitamini çatışmazlığından qaynaqlanan anemiya(qan azlığı) ilə mübarizə aparmaq üçün qoz, fındıq, paxlalı bitkilər, yumurta sarısı yeyin.

Bu adını çəkdiyim qidalardan mütəmadi olaraq istifadə etsəniz, qan azlığının səbəb olduğu narahatçılıqlar aradan qalxacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
482 522 453 506 411 493

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.