amon

amon Xəbərlər 29-01-2017, 01:12

Sürücülərin nəzərinə: Heç bir nişan yoxdur, amma cərimə yazılır

Sürücülərin nəzərinə: Heç bir nişan yoxdur, amma cərimə yazılır
Sürücülərin nəzərinə: Heç bir nişan yoxdur, amma cərimə yazılırSöhbət paytaxtın Qaradağ rayonu Lökbətan qəsbəsi 28 may küçəsindən gedir.
Dönməni qadağan edən hər hansısa nişan yoxdur. Amma bu yolda dönən sürücülər cərimələnir. Paytaxtın Qaradağ rayonunda Lökbatan qəsəbəsi 28 may küçəsində son bir aydır ki, 20 dən çox sürücü eyni qayda pozuntusuna görə cərimələnib. Ərazidə heçbir nişan olmadığından sürücülər cərimələrin niyə yazıldığına çaşbaş qalıblar.

Heçbir nişanın olmamasına baxmayaraq bu yoldan dönənlər cərimələnir. Söhbət paytaxtın Qaradağ rayonu Lökbətan qəsbəsi 28 may küçəsindən gedir.

Sürücülərin sözlərinə görə həmin ərazidə heçbir xəbərdarlıq nişanı və qoşa xətt yoxdur. Bu səbəbdən də sakinlər onlara gələn cərimənə əsassız hesab edirlər.

İllərlədi ki,bu yolda heç bir nişan olmadığından yolda gözləməklə sağa və sola dönən sürücülər buna görə heçvaxt yol polisi əməkdaşları tərəfindən cərimələnmədiklərini deyirlər. Onlar hətta yol polisinin gözü önündə də bunu etdiklərini deyirlər.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət yol polis idarəsindən bildirdilər ki, sözügedən ünvana baxış keçiriləcək. İdarədən onu da bildirdilər ki,çox güman ki,həmin ərazidə qoşa xcətt silinib. Bununla bağlı Azəravtoyola müraciət ediləcək ki xətlər yenidən çəkilsin.
Mənbə: Big.Az

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
586 585 541 491 574 530

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.