KiBirLi_PrenS.

KiBirLi_PrenS. Şeirlər 9-11-2020, 19:00

Neyləsin?

Neyləsin?
Hər kəsin bir günü, bir saatı var,
Ya gizli gedecek, ya da ki aşkar.
Niyə Əzrayıla hamı kəm baxar,
Alın yazısıdır, mələk neyləsin?

Qoyub əməliylə bu dünyada iz
Gedər o dünyaya səssiz-səmirsiz.
İnsanın əməli olmazsa təmiz
Üç arşın aqappaq "bələk" neyləsin?

Qəlbini eyləyib nəfsinə sürgün
Məhv edir verilmis ömrü büsbütün.
Insan can atmırsa xoş əməl üçün
Həyata keçməyən dilək neyləsin?

Hər işi yıxmayaq bəxtə, taleyə,
Pisliyi görməyək rəva kimsəyə.
Günahı özündə axtarmır niyə?
Dəyişən insandı, fələk neyləsin?

ELiHusen KhaLiLoV..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
491 491 429 385 452 448

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.