Th30

Th30 Xəbərlər 14-11-2020, 17:18

Şahin quşu ovlamaq istəyən şəxs cəzalanıb - FOTO

Şahin quşu ovlamaq istəyən şəxs cəzalanıb - FOTO
Biləsuvar rayonunun inzibati ərazisində şahin quşlarının tutularaq xaricə satılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat əsasında nəzarət tədbirləri keçirilib.

Xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, keçirilən nəzarət tədbirləri zamanı Biləsuvar rayonunun Azı deyilən ərazisində şahin quşlarını ovlamaq istəyən rayonun Aranlı kənd sakini Yaqub İbayev saxlanılıb.

“Qanun pozucusunun idarə etdiyi 90-UM-312 dövlət nömrə nişanlı “Niva” markalı avtomobilinə keçirilən baxış zamanı şahin quşlarının ovlanmasında istifadə edilən kustar üsulla hazırlanmış kürəyində tələ olan 2 çöl göyərçini, 5 tələ və şahin quşlarının saxlanılması üçün qəfəslər aşkar edilərək maddi sübut kimi götürülüb”.

H.Əlizadə qeyd edib ki, fakla bağlı təqsirkar Yaqub İbayev barəsində akt və protokol tərtib olunub və o, 2000 manat məbləğdə cərimə edilib”.

Şahin quşu ovlamaq istəyən şəxs cəzalanıb - FOTO



Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
585 660 663 558 625 603

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.