reklam
® "Avtolux Azərbaycan" yeni salonunu açıb ® "Avtolux Azərbaycan" yeni salonunu açıb http://take.az/uploads/posts/2017-01/1485768780_avtolux-1.jpg
Krassavcik

Krassavcik Avto Dünya 30-01-2017, 13:33

® "Avtolux Azərbaycan" yeni salonunu açıb

® "Avtolux Azərbaycan" yeni salonunu açıb
“Avtolux Azərbaycan” şirkəti yeni avtomobil salonunun açılışını keçirib. 
“Loading.az"ın xəbərinə görə, "Fiat Chrysler Automobiles Group"un Azərbaycanda yeni rəsmi dileri “Avtolux Azərbaycan” şirkətinin direktoru İbrahim Əhmədov bildirib ki, yeni salonda “FCA Group”un brendləri olan “Fiat”, “Fiat Professional”, “Jeep”, “Dodge”, “Chrysler”, eləcə də Azərbaycanda ilk dəfə rəsmi olaraq təqdim olunan “Alfa Romeo” və “Abarth” markalı avtomobillərinin satışı və servis xidmətləri həyata keçiriləcək.
 
“Biz “Fiat Chrysler Automobiles Group”un markalarını, xüsusilə “Alfa Romeo” modelini çoxdan Azərbaycanda təmsil etmək fikrində idik. Bütün gücümüzü ortaya qoyaraq, “Fiat Chrysler Automobiles Group”un Azərbaycanda dileri olmaq təklifini verdik, qrup da bunu müsbət cavablandırdı”, - deyə İ.Əhmədov qeyd edib.
 
“FCA Group” dünyada sərnişin avtomobilləri, professional avtomobillər, ehtiyat hissələri və istehsalat sistemlərinin satışı eləcə də istehsalı ilə məşğul olan ən iri avto konsernlərdən biridir. Qrupun avtomobil brendləri: “Abarth”, “Alfa Romeo”, “Chrysler”, “Dodge”, “Fiat”, “Fiat Professional”, “Jeep”, “Lancia”, “Ram” və “Maserati” markalarıdır. “FCA Group” təxminən 40 ölkədə yerləşən şirkətlər vasitəsilə fəaliyyət göstərir və 150-dən çox ölkədə müştərilərlə biznes münasibətləri var.
 
Yerləşməsinə görə “FCA Group” sıralamasında dünyada birinci olan 1 400 kvadratmetrlik diler mərkəzi dizayn tərtibatı baxımından şirkətin bütün tələblərinə və standartlarına uyğun təmir olunub. Burada sadalanan markaların ən məşhur eləcə də, ən son modelləri təqdim olunub. Yüksək səviyyədə keçirilmiş açılış mərasimində Azərbaycan bazarında ilk dəfə “Abarth 500”, həmçinin “Alfa Romeo” markasının demək olar ki, bütün model cərgəsi: “Alfa Romeo Guilia”, “Alfa Romeo Mito" və "Alfa Romeo 4C” avtomobillərinin rəsmi təqdimatı keçirilib.
 
Çoxsaylı qonaqların arasında tanınmış simalar, bir sıra ölkə səfirləri və bir çox sənət adamları olub. Tədbirin rəsmi hissəsindən sonra canlı ifa, rəqs nömrələri və sonda isə uduşlu lotereya təşkil olunub. Lotereyanın əsas uduş fondu İtaliyada keçiriləcək "Yuventus" - "Milan" futbol oyununa 2 dəvətnamə eləcə də 2 nəfərlik, 2 günlük tur-paket olub.
Xatırladaq ki, “Avtolux Azərbaycan” 2012-ci ildən fəaliyyət göstərir. Bundan öncə şirkət “Ferrari”, “Aston Martin” və “Lamborghini”, eləcə də “Ferrari Store” və “Collezione” “Lamborghini” markalarının distributor olub. Brend cərgəsinə “FCA Group”un markalarını əlavə etməklə “Avtolux Azərbaycan”ın satışını həyata keçirdiyi avtomobil markalarının sayı 10 çatıb.

Menbe:Apa

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
382 427 406 440 385 413

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.