reklam
Bu 4 zikr hacətləri yerinə yetirər, qorxu və iztirabı aradan aparar, hiylə və məkri dəf edər Bu 4 zikr hacətləri yerinə yetirər, qorxu və iztirabı aradan aparar, hiylə və məkri dəf edər https://take.az/uploads/posts/2020-11/1605446286_loading.az_image.jpeg
Diablo

Diablo İslam Dini 15-11-2020, 17:19

Bu 4 zikr hacətləri yerinə yetirər, qorxu və iztirabı aradan aparar, hiylə və məkri dəf edər

Bu 4 zikr hacətləri yerinə yetirər, qorxu və iztirabı aradan aparar, hiylə və məkri dəf edər
Dua kitablarında elə zikrlər bəyan edilir ki, hacətlərin həyata keçməsinə yardım edirlər. Bu zikrlər insanı çətin anlarda sakitləşdirir, ruha hüzur verir.
İmam Sadiqdən (ə) belə bir hədis vardır ki, həmin zikrləri bizə tanıtmışdır. İmam (ə) buyurur:

“Təəccüb edirəm o kəsə ki, 4 şeydən qorxur, ancaq bu 4 kəlməyə pənah aparmır.
1. Təəccüb edirəm o kəsə ki, qorxu ona qələbə çalmışdır, necə bu zikrə pənah aparmır:
ﺣَﺴْﺒُﻨَﺎ ﺍﻟﻠّﻪُ ﻭَﻧِﻌْﻢَ ﺍﻟْﻮَﻛِﻴﻞُ ( "Həsbunəllah və ni'məl vəkil" )
Halbuki, Allah bu zikrin ardınca buyurmuşdur: “Beləliklə, Allah tərəfindən olan bir nemət (sağlamlıq və salamatçılıq) və bəxşiş
(yollarında olan ticarətdən götürdükləri qazanc) ilə onlara heç bir pislik və ziyan dəymədən qayıtdılar və Allahın razılığına tabe oldular. Allah böyük fəzl
(mərhəmət və bəxşiş) sahibidir” . (“Ali-İmran” 174).
2. Təəccüb edirəm o kəsə ki, qəmgindir, ancaq bu zikrə pənah aparmır:
ﻟَّﺎ ﺇِﻟَﻪَ ﺇِﻟَّﺎ ﺃَﻧﺖَ ﺳُﺒْﺤَﺎﻧَﻚَ ﺇِﻧِّﻲ ﻛُﻨﺖُ ﻣِﻨَﺎﻟﻈَّﺎﻟِﻤِﻴﻦَ
( "Lə ilahə illə ənt subhanəkə inni kuntu minəz-zalimin" )
Çünki Allah bu zikrin ardınca buyurmuşdur: “Biz onun istəyini yerinə yetirdik və onu qəmdən (o böyük çətinlikdən) qurtardıq. Biz möminlərə bu cür nicat veririk” . (“Ənbiya” 88).
3. Təəccüb edirəm o kəsə ki, hiylə və məkrə məruz qalmışdır, ancaq bu zikrə pənah aparmır:
ﺃُﻓَﻮِّﺽُ ﺃَﻣْﺮِﻱ ﺇِﻟَﻰ ﺍﻟﻠَّﻪِ ﺇِﻥَّ ﺍﻟﻠَّﻪَ ﺑَﺼِﻴﺮٌ ﺑِﺎﻟْﻌِﺒَﺎﺩِ
( "Ufəvvizu əmri iləllah innəllahə bəsirun bil-ibad" )
Çünki Allah bu zikrin ardınca buyurmuşdur: “Beləliklə Allah onu onların hiylələrinin şərindən qorudu və fironçulara ağır bir əzab gəldi və onları bürüdü” . (“Ğafir” 45).
4. Təəccüb edirəm o kəsə ki, dünya və onun gözəlliklərinin istəyindədir, ancaq bu zikrə pənah aparmır:
ﻣَﺎ ﺷَﺎﺀ ﺍﻟﻠَّﻪُ ﻟَﺎ ﻗُﻮَّﺓَ ﺇِﻟَّﺎ ﺑِﺎﻟﻠَّﻪِ
( "Maşallah lə quvvətə illə billəh" )
Çünki Allah bu zikrin ardınca buyurmuşdur: “Əgər məni mal və övlad baxımından özündən aşağı görürsənsə (bu elə də mühüm bir iş deyildir)”.
“Ola bilsin Rəbbim (dünyada, ya axirətdə) mənə sənin bağından daha yaxşısını əta etsin”. (“Kəhf” 39-40).
Başqa yerdə İmam Cəfər Sadiq (ə) buyurur: “Nə zaman hakim və ya bir başqası tərəfindən sənə qəm çatarsa, bu zikri çoxlu de:
ﻻ ﺣَﻮْﻝَ ﻭَ ﻻ ﻗُﻮَّﻩَ ﺍِﻟَّﺎ ﺑِﺎﻟﻠﻪِ
( “Lə həulə və lə quvvətə illə billəh” )
O, behişt xəzinələrindən biridir”. (Həvzəh)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
409 435 390 322 379 442

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.