Beli incəltmək üçün nələr etməliyik?
1. Əllərinizi yanınıza uzadıb beli üstə uzanın. Ayaqlarınızı düz uzadıb, bir-birinə yapışdırın. 45 dərəcəyə qədər qaldırın. Ayaqlarınızı bir-birindən ayırmadan yavaşca sağa əyin, belinizin qıvrıldığını hiss edin. Təkrar ayaqlarınızı ortaya gətirib, sol tərəfə əyin. İki tərəfdə də 2 saniyə saxlayın, 3 dəfə təkrar edin.
2. Ayaqlarınızı düz uzadıb, oturun. Ayaqlarınızı çiyinlərinizdən daha geniş açın. Qollarınızı iki yana açın. Çiyinləriniz 90 dərəcə olmalıdır. Sağ əlinizlə sol ayağınıza doğru uzanmağa çalışın. Təkrar əvvəlki vəziyyətə qayıdıb, bu dəfə sol əlinizlə sağ ayağınıza uzanmağa çalışın. Hərəkəti hər tərəfə 30 dəfə təkrarlayın.
3. Əlinizə ağırlıqlı lövhəsi alın. Oturub dizlərinizi qırın. Ayaqlarınızı yerə düz basın. 45 dərəcə geriyə yaslanıb, əllərinizi düz şəkildə önə uzadın. Sağa dönün, ilkin vəziyyətə qayıdıb, sola dönün. Hərəkəti hər iki tərəfə 30 dəfə təkrarlayın.
4. Yan tərəfinizdə oturun, ayaqlarınızı qırıq şəkildə yanınıza uzadın. Ayaqlarınızı və qarın əzələlərinizi istifadə edərək ombanızı yuxarı qaldırın. Yavaşca geri dönün, 8-dək sayın. Hərəkəti 15 dəfə təkrarladıqdan sonra eynisini digər tərəfinizlə də edin.
5. Üzüstə uzanın. Qollarınızı, sinənizi və ayaqlarınızı yerdən qaldırın. Bir müddət bu şəkildə qalın. Eyni anda sol ayağınız və sağ çiyninizi qaldırın, sonra digər ayaq və qol üçün eyni hərəkəti edin. 10 dəfə təkrarlayın. Hər dəfə 10 saniyə dincəlin.
-Yeməkdən əvvəl bir stəkan su içməyi vərdiş halına gətirin. Suyun verdiyi toxluq hissi sayəsində az yeyəcəksiniz.
- Ağ çörəyi həyatınızdan çıxarın! Taxıl çörəyi yemək sizi daha sağlam edəcək, həm də çəki almağınızın qarşısını alacaq. Lifli qidalar həzm sistemini sürətləndirdiyi üçün istehlak etdiyiniz qidaları həzm etmək daha asan olacaq.
- İncə bir belə sahib olmanın yolu davamlı idmandan keçir. Həftənin 3 günü idmanı vərdiş halına gətirin.
- Sırf gözünüzü doyurmaq üçün doldurduğunuz boşqablarla vidalaşın! Daha az və ya daha kiçik boşqablar seçin.
- Aclıq hissini son nöqtədən hiss edəcək qədər ac qalmayın. Nə qədər özünüzü çox ac hiss etsəniz, bir o qədər çox yemək yemək istəyəcəksiniz.Tez-tez və az yemək yeyin. Ve bunları əməl edərək gözəl ince belə sahib olacaqsınız.






