Луна

Луна Mətbəx 19-11-2020, 21:45

Makaron Çipsi

Makaron Çipsi

Tərkibi:

100 qr makaron
1 xörək qaşığı un
1 xörək qaşığı nişasta
bitki yağı
zövqə görə duz, istiot, bibər tozu

Hazırlanma qaydası:

İlk öncə makaronu suda 5 dəqiqə bişirin. Yarım bişən makaronu süzün və üzərinə soyuq su tökün (makaronun bir-birinə yapışmaması üçün). Süzülmüş makaronları salat qabına töküb üzərinə un və nişasta əlavə edib yaxşıca qarışdırın. Makaronları bitki yağında az-az töküb qızardın. Qızardılmış makaronları ayrı bir boşqaba kağız salfetin üstünə qoyun, artıq yağı çəksin deyə. Xırçıldayan makaronları bir boşqaba qoyun, zövqə görə ədviyyat əlavə edib yaxşıca qarışdırın.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
597 649 549 560 603 551

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.