Krassavcik

Krassavcik Xəbərlər 1-02-2017, 13:02

Trampdan azərbaycanlılarla bağlı qərar: işimiz çətinləşdi

Trampdan azərbaycanlılarla bağlı qərar: işimiz çətinləşdi
Trampdan azərbaycanlılarla bağlı qərar: işimiz çətinləşdi
Qaynarinfo.Az haqqın.az-a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp tərəfindən imzalanmış miqrasiya qaydalarının sərtləşdirilməsi haqqında fərman yalnız İran, İraq, Suriya, Sudan, Liviya, Somali və Yəmənin vətəndaşlarına təsir etməyib. Vizaların verilməsi ilə bağlı dəyişikliklər Rusiya, Belarus və başqa dövlətlərin vətəndaşlarına da şamil edilir.

Məsələn, dəyişikliklərdən əvvəl vizanın təkrar alınması (4 ildən sonra) zamanı vətəndaşlar "The Visa Interview Waiver Program"ı çərçivəsində söhbətdən keçməyə bilirdi. Yeni qaydalar üzrə bu müddət 12 aya qədər azaldılıb. 

ABŞ-ın Azərbaycandakı Səfirliyinin cavabından məlum olur ki, dəyişikliklər bizim ölkəmizin vətəndaşlarına şamil ediləcək.

Qeyd edək ki, xarici dövlətlərin və beynəlxalq təşkilatların viza almaq üçün müraciətləri, uşaqlar və yaşı 79-dan yuxarı olanlar bu prosedurlardan keçməyəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
570 554 537 477 488 524

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.