amon

amon Xəbərlər 9-02-2017, 13:27

DİN Mehman Hüseynovu məhkəməyə verdi

DİN Mehman Hüseynovu məhkəməyə verdi
DİN Mehman Hüseynovu məhkəməyə verdiDaxili İşlər Nazirliyi (DİN) bloger Mehman Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib.

Loading.Az-ın məlumatına görə, bu barədə onun vəkili Elçin Sadıqov məlumat yayıb. Məhkəmə hazırlıq iclası sabah saat 10:00-a təyin olunub.

"Xüsusi ittiham qaydasında şikayət Suraxanı Rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun icraatındadır. Xüsusi ittiham qaydasında şikayət bizə verilmədiyi üçün Mehman Hüseynovun vəkili olaraq məhkəmə iclasını təxirə saldıracam".

Xatırladaq ki, DİN Mehman Hüseynovun polisi ağır cinayətdə ittiham etməklə böhtan atması əməlinə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluq qarşısında vəsatət də qaldırıb.

Nazirliyin yaydığı məlumatda qeyd edilir ki, yanvarın 9-da saat 19.45 radələrində paytaxtın Nəsimi rayonunun Mərdanov Qardaşları və Həzi Aslanov küçələrinin kəsişməsində iki nəfərin ictimai qaydanı pozaraq ətrafdakı şəxslərə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verməsi barədə ərazidə xidmət aparan post-patrul xidmətinin əməkdaşlarına məlumat verilib: “Hadisə yerinə gələn polis əməkdaşları həmin şəxsləri nizam-intizama dəvət etsələr də, onlar polisin qanuni tələbinə qəsdən tabe olmayaraq, qanunsuz hərəkətlərini davam etdiriblər.

Rayon polis idarəsinə gətirilən bu şəxslərin Bakı şəhər sakinləri Mehman Hüseynov və Əkrəm Təhməzov olmaları müəyyən edilib və barələrində İnzibati Xətalar Məcəlləsinə əsasən tutma tətbiq olunub. (big.az)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
718 716 588 659 589 571

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.