amon

amon Şeirlər 9-02-2017, 16:05

Gecələr səninçün ağlayıram mən

Gecələr səninçün ağlayıram mən
Gecələr səninçün ağlayıram mənGecələr səninçün ağlayıram mən 
Hardasan,ürəyim yaman darıxıb
Sadəcə rəsmini saxlayıram mən
Hər dəfə şəklini köksümə sıxıb
Gecələr səninçün ağlayıram mən

Ürəyim alışır hərarətimdən
Sən şübhə eylədin məhəbbətimdən
Bilmirəm sevgimdən ya nifrətimdən
Gecələr səninçün ağlayıram mən 

İndi ehtiyac var azacıq vaxta
Bilmirəm nə deyim məndəki baxta
Gündüzlər gülürəm gülüşüm saxta
Gecələr səninçün ağlayıram mən 

Deyirsən axtarma, məni arama
Göz yaşım duz səpir sanki yarama
Bilirəm dəymərsən göz yaşlarıma
Gecələr səninçün ağlayıram mən.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
770 726 699 615 667 698

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.