ice berg

ice berg Xəbərlər 30-11-2020, 14:30

İti ilə oynayarkən yıxılan Co Baydenin ayaq sümükləri sındı

İti ilə oynayarkən yıxılan Co Baydenin ayaq sümükləri sındı
ABŞ-da keçirilmiş prezident seçkilərində öz qələbəsini elan etmiş Co Baydenin ayağı burxulub.

Loading.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ona yaxın jurnalistlər bildirib.

Qeyd edilir ki, hadisə Bayden iti ilə oynayan zaman baş verib.

"Bayden iti “Meyjer”lə oynayan zaman sürüşdü və topuğu burxuldu", - xəbərdə deyilir.

"Ona həkim-ortoped baxıb", - məlumatda qeyd olunur.

Bayden avtomobil kortecinin müşayiəti və jurnalistlərlə həkim-ortopedə gedib. Amma müxbirlər siyasətçinin özünü görməyiblər, çünki onlara mikroavtobusu tərk etməyə icazə verilməyib.

Qeyd edilir ki, Baydenin sağ ayağı dartılıb, onun ayağı yenidən rentgen ediləcək.

ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçirilib. Mətbuatın məlumatına görə, seçkilərdə Bayden qalib olub.

Qeyd edək ki, noyabrın 20-də Baydenin 78 yaşı tamam olub. Yerli mətbuat daha əvvəl Baydenin ev heyvanlarını sevdiyini vurğulayıb. “The New York Times” nəşri bildirib ki, bəzi KİV-lər və siyasi ekspertlər tərəfindən ABŞ prezidenti kimi tanınmış Co Bayden Ağ Evə ev heyvanı ilə birlikdə köçəcək. Bayden hələ seçkiqabağı kampaniya dövründə bildirirdi ki, heyvanları Ağ Evə qaytarmağın vaxtı çatıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
465 415 445 405 383 430

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.