Papatya_016

Papatya_016 özünü ☺️ nostaljik hiss edir. Şeirlər 5-12-2020, 21:19

""Düşdün gözümdən""

""Düşdün gözümdən""
Bir vaxt ürəyimə yol axtarırdın,
""Düşdün gözümdən""
Indisə yolunu saldın üzümdən.

Bir zaman sədaqət, vəfa deyirdin,

Dillərə düzülüb düşdün gözümdən.



Ruhumu oxşayan sevimli candın,

İçimdə alışıb, içimdə yandın,

Bütün vücudumu gəzdin,dolandın,

Axır ki, süzülüb düşdün gözümdən...



O yuxa ürəyim lal daşa döndü,

Ömrümün baharı sərt qışa döndü,

Varlığın gözümdə bir yaşa döndü,

Sadəcə sızılıb düşdün gözümdən...



Əlinə xəyanət bayrağı alıb,

Qəlbimdən gözümə qəm yolu salıb,

Bir az kirpiyimdən sallaşı qalıb,

Nəhayət üzülüb düşdün gözümdən...



Kimi istəyirsən onu da qına,

Xəliləm,qoymaram qürurum sına,

Nadan vəfasızlar siyahısına,

Əbədi yazılıb düşdün gözümdən

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
622 673 551 608 580 604

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.