KiBirLi_PrenS.

KiBirLi_PrenS. Statuslar 6-12-2020, 19:00

Heyat

Heyat
Həyat hisslərlə yaşayanlar üçün faciə, ağıl ilə yaşayanlar üçün isə komediyadır.

Heyat

Həyat nağıl kimidir: nə qədər uzun olduğu yox, nə qədər yaxşı olduğu vacibdir.



Silgi istifadə etmədən şəkil çəkilən sənətə həyat deyilir.



Həyat, çox zalım bir müəllimdir. Əvvəl imtahan edər, sonra dərsi verər.



Həyat nə tamaşa, nə də bayramdır. Həyat çətin bir imtahandır.



Həyat beşiklə məzar arasındakı sınaq müddətidir.



Həyat bir imtahandır, lakin digər imtahanlara elə də bənzəməz. Çünki bəzən etdiyin bir səhv, bütün doğrularını apara bilər.



Səhvlərlə dolu bir həyat, heç bir şey etmədən keçirilən bir həyatdan daha şərəflidir.



Həyatda ediləcək o qədər səhv var ki, eyni səhvi etməkdə israr etməyin mənası yoxdur...



Doğmaq və ölmək asandır. Çətin olan həyatın özüdür.



Həyat səni güldürmürsə, zarafatı anlamadın deməkdir .



Sevmək bir başqasının həyatını yaşamaqdır.



Həyatdan qəfil hədiyyələr gözləməkdən əl çək, həyatın özü bir hədiyyədir.



Həyatın hər anında bir ayağımız bir pəri nağılının içində, digəri də uçurumun kənarındadır.



Həyata keçməyən yüksək məqsədlər, həyata keçmiş alçaq niyyətlərdən qiymətlidir.



Özünü tanımayan insanlar öz həyatlarını yaşamırlar.



Həyat bir dağdır: qalxanda yavaş-yavaş, düşəndə tez-tez düşürük.



Həyat cavanların gözündə sonsuz gələcək, qocaların gözündə ­ qısa keçmişdir.



Həyatın ən böyük faciəsi tez qocalmaq deyil, gec ağıllanmaqdır.



Həyatın dadını çıxarın, canını yox!



Bu dünyaya nə etməyə gəldiyimi soruşsanız.. Cavabım bu olacaq; həyatımı yüksək səslə yaşamaq üçün buradayam.



Bir gün ürəyincə yaşamaq yüz il sürünə sürünə yaşamaqdan yaxşıdır.



Faydasız həyat- vaxtsız ölümə bərabərdir.



Bir gün gələr, dünyanın bir yerində illərcə sənin xəbərin olmadan yaşamış birinə, bütün həyatını izah etmək istəyərsən.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
748 655 675 703 702 649

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.