İstədiyin ağacı seç və oxu
1.Birinci ağac: Etibarlı və sakit.
Əgər ilk olaraq birinci ağacı gördünsə və o sənə gözəl gəldisə,dediyini edən biri olduğunuzu söyləyə bilərik."Sözlər ağızdan bir dəfə çıxdısa,mütləq edilməlidir",-deyən və məsuliyyətini bilən birisiniz. Eyni şeyi qarşınızdakı insandan da gözləyirsiniz. Bundan başqa incə ruhlu olmaq və yaradıcılıq da əsas xüsusiyyətlərindəndir. Həyatın kiçik,amma gözəl detallarını görür və onlardan həyatı gözəlləşdirmək üçün istifadə edirsiniz. Bu zaman-zaman bir rəsm və ya bir şeirlə ifadə olunur.Mübahisə və dava olan yerdə enerjiniz tez düşür,bundan narahat olursunuz.Bunun yerinə sakitlik və hüzurun hökm sürdüyü yerlər də daha çalışqan və uğurlu biri olursunuz. Barışın olmadığı yerlərdən və çox rəqabət olan işlərdən uzaq durmasanız xoşbəxt bir həyat yaşacaqsınız.
2.İkinci ağac: Düşüncəli və yolagedən.
İkinci ağac düşüncəli və anlayışlı təbiətli olduğunuzu göstərir.Ətrafınızdakı insanları tanımağı və onların əsl xarakterini müəyyən etməyə çalışırsınız. Onları səssizcə izləyərək və lazımi anda yanlarında olaraq əsl dost xüsusiyyətlərinə sahib olduğunuzu göstərirsiniz. Bütün bunları tam içdən etdiyiniz halda bəzi zamanlarda özünü tək və insanlar tərəfindən başa düşülmürmüş kimi hiss edirsən. Sənin göstərdiyin anlayışı qarşı tərəfdən görməmək səndə xəyal qırıqlığı yaradır.Digər xasiyyətin yolagedən olmağındır. Bu xasiyyətin yeni bir iş öyrənəndə və ya yad bir yerdə ətrafınla tez ayaqlaşmağına kömək edir. Asan uyğunlaşma əslində bir gücdür,amma hər kəsə ayaq uydurmaq bəzən öz istəklərini unutmağına səbəb olur .Bu da öz istəklərini göz ardı etdiyin mənasına gəlir.Ona görə də zaman-zaman kim nə deyir desin,sən öz istəklərini həyata keçir.
3. Üçüncü ağac : Cömərt və ağıllı.
Üçüncü ağacı seçdinsə, sənin əsas xasiyyətin cömərtlik və paylaşmaqdır. Sevdiklərinə qarşı xeyirxah və təbiətə qarşı həssasınız. Çətin vəziyyətdə olanlara və haqsızlıqla qarşılaşanlara kömək etməyi sevirsiniz .Bu köməklər zamanı ağılın da sənə kömək edir.Hadisələrin gedişini üstün zəkanla tez müəyyən edir və çox insanın görmədiyi detalları görürsən. Bu sənin anadangəlmə dedektivlik bacarığındır.Bu bacarıq eyni zamanda gələcəkdə olacaq hadisələr haqqında da mülahizələr irəli sürməyə kömək edir.Bunu bilən insanlar səndən məsləhət almağı sevir,çünki təxmin və fikirlərin çox zaman düz çıxır.Zəkanı artıracaq şeylər etməyi,ağıllı insanlarla dostluqlar qurmağı sevirsən.Sıxıntılarından xilas olmaq üçün yeni vərdişlərə sahib olmalı və mütəmadi olaraq özünü inkişaf etdirəcək addımlar atmalısan.Əksi təqdirdə içində toplanan enerji səni hüzursuz və məyus edəcək .
4.Dördüncü ağac:Unikal və həssas.
Dördüncü ağac kütlə arasında parıldamağını təmin edən unikal və yüksək enerjinin simvoludur.Həyata fərqli baxışın, özünə inamlı duruşun insanların tez bir zamanda sənin fərqinə varmaqlarına və səninlə maraqlanmalarına səbəb olur.Bu vəziyyət sənə xüsusilə də iş həyatında əlavə bir xüsusiyyət qatır. Yalnız tək diqqət etməyin lazım olan nüans ətragfındakı qısqanc insanlardır.Bu insanlar sənin kimi enerjili ola bilmədikləri üçün səni çəkə bilmirlər .Bu səbəblə də özünü ən çox inandığın dost çevrən ilə qorumaya alsan pis olmaz .Ən azından içindəki hissləri və məqsədləri inandığın birilərinə danışaraq özündə saxlaman yersiz nəzərdən qoruyar.Özünə imanlı duruşla bərabər yumuşaq,həssas bir qəlb daşıyırsan.Bu xüsusiyyətin hamı tərəfindən bilinməsə də emosional bir tərəfin və sevgiyə böyük əhəmiyyət verən yumuşaq qəlbin var. Həssas tərəfin səni kövrək etsə də,əlini atdığın işlərdə bərəkət və şans səndən yana olacaq.Sevgiyi inanaraq yaşaya biləcəyin dostlara sahib olsan və əzimlə yoluna davam etsən,heç bir maneə səni yolundan döndərə bilməz. İçindəki işığa və həssas ruha inan.
5.Beşinci ağac:Qərarlı və dayanıqlı.
Həyatdakı hər şeyi tez və asan əldə etməsən də beşinci ağacı seçməyin səndəki qərarlılığı və əzimli duruşu simvolizə edir.Bu xasiyyətlərin əslində uğurun təməl xüsusiyyətləridir. Çox insan tez yorulduğu və motivasiyasının tez qırıldığı üçün uğurlu olmur.Amma sən içindəki bitməz əzimlə bütün çətinliklərin öhdəsindən gələ bilirsən .Bəzən yorulduğunu və niyə bəzi şeylərin sənə asanlıqla gəlmədiyini düşünürsən.Yenə də şikayət etmək düzgün olmaz.Sənin ruhun üçün mübarizələr və qərarlılıq ən əsas dərslərdir.İkinci xüsusiyyətin olan dayanıqlılıq da bunu dəstəkləyir.İçində tükənməyən güc var və bu səni hədəflərinə aparan bir vasitədir.Çətin vəziyyətdə hiss edəndə içindəki bu gücü xatırla və dayanmadan yoluna davam et.Ətrafındakı insanlara həyatla bağlı çıxardığın dərsləri izah etmək və göstərmək də bu yolun bir parçasıdır . Tək etməli olduğun şey mənfi düşüncələrdən və həvəsini qıran insanlardan uzaq durmağındır.
6. Altıncı ağac:Xəyal gücü yüksək və intuitiv.
Hamının etdiyini etməyən və öz yolunda getməyi sevənlərin seçdiyi ağac altıncı ağacdır.Bu ağacın simvolizə etdiyi əsas xüsusiyyət isə xəyal gücüdür.Xəyal gücü zehnin ən möhtəşəm xüsusiyyətlərindən biridir.Ən bacarıqlı sənətçilər və alimlər bu xüsusiyyətləri səbəbi ilə uğur qazanmışdırlar. Ruhundakı bu xüsusiyyət səni hamıdan fərqli edir.Fərqlilik zaman-zaman səni yorsa da,bu xüsusiyyətini yaxşı istifadə etsən uğur qaçılmazdır. Tək etməyin lazım olan şey xəyal gücünü istifadə edə biləcəyin bir peşə seçib ona uyğun təhsil almaq və özünü bu sahədə mükəmməlləşdirməkdir. Hamının getmədiyi yolları kəşf edərək bir lider olacağını və digər insanlara yol açacağını bilirsən. Yeniliklər çox insanı qorxudur,amma sən içindəki səni dinləsən narahatlıq yaşamadan irəliləyə bilərsən .İçindəki səs sənə həmişə həqiqətləri deyir.Bunun səbəbi ikinci xüsusiyyətin olan intuitivliyin yüksək olmağıdır.Əslində bəzən məntiqin bu səsi eşitməyinə mane ola bilir. Buna görə də davamlı olaraq meditasiya edərək bu səsi eşitməyin üçün lazım olan daxili sakitliyi təmin edə bilərsən. Meditasiya eyni zamanda xəyal gücünü də ən yaxşı şəkildə istifadə etməyinə və niyyətlərinin tez bir zamanda həyata keçməyinə kömək edəcək.






