ice berg

ice berg özünü 🤔 fikirli hiss edir. Şeirlər 16-12-2020, 17:30

Yastığımdakı İLan..(İntihar silsiləsindən)

Yastığımdakı İLan..(İntihar silsiləsindən)
Salam, şair, darıxıram, bu təklik
Yenə məni üzüyumşaq tanıdı.
Yenə payız, yenə soyuq, yenə mən
Yenə yerim sobaların yanıdı..

Yastığımdakı İLan..(İntihar silsiləsindən)

Hələ sənə demədiyim bir gerçək
Hələ sənə açmadığım yalan var
Düz bir ildi yuxu yata bilmirəm
Qorxuram ki, yastığımda ilan var..



Ağ tük tapdım arasından saçımın
Qoparmadım, saxlamışam, çoxalsın
Otuz ildə cavan qalıb, neynədim?
Canı çıxsın, saçlarımın, qocalsın..




Gəl, bir gün oturaq qədəh-qədəhə..
Görək, göz yaşından nə qalır, şair?
İçimdə ən məsum mələklər ölür,
Ən gözəl qadınlar qocalır, şair!

Günel Mövlud

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
626 569 474 504 486 454

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.