HEÇ NƏ BİLMƏMƏK
Sanki, həyat dayanacaq..
Hisslərim qarışıb,fikirlərim darmadağın
Nəyi sevirəm,nəyi sevmirəm, nəyi istəyirəm bilmirəm..
Gözləntilərim başqalaşıb.. arzularım yadlaşıb..
Bu qədər küsdürməzdi kaş həyat məni, incitməzdi.
Ürəyim bu qədər qırılmazdı--qırılacaq qədər kövrək olmazdı kaş...
Zaman unutdurmur acıları.. Başqa yolu varmı unutmağın?
Özümlə üzləşmək istəmirəm daha..İstəmirəm həyat gerçəkləri üzümə vursun......
Böyük boşluqlar... qısa sözlər... üç nöqtə.
həyat heç nə imiş buradan baxanda...
ümidsiz'sevgisiz'xatirəsiz'arzusuz..heç nə imiş
Mən indi elə bir yerdəyəm ki..
Doğrusu, bilmirəm Həyatın hansı hissəsindəyəm..
Boşluqdayam ya yüksəkdəyəm
Yaxşıyam ya pisəm
Gülürəm ya ağlayıram...
Yüksəklərdən atmışdılar boşluqlara, deyəsən. Qaranlıqdan qorxub qaranlığa sığındım mən
İnanmıram hələ də özümə..mən yaşayıram..bəlkə də ölmüşəm.. Yaşayan ölülər kimi..
Müəllif:ParadiseSark






