HƏR KƏSDƏN ÖNCƏ SƏN. BÖLÜM 4
Bölüm 4....
................
Qış imtahanları dövrü başlamışdı. Universitet əhli həyəcanla imtahanlara hazırlaşırdı..Şəhərdə bayram əhvalı hökm sürürdü. Öz evimizdən məhz Yeni il günü ayrıldığımız üçün bu bayramı sevmirdim. Sara da bunu bildiyindən canfəşanlıq etmirdi. Azad, Sara və mən birlikdə sualları müzakirə edib, mövzuları öyrənirdik. Nəticə isə mükəmməl idi. Uzun dövr kimi görünsə də imtahanları uğurla keçmişdik. Bu münasibətlə birlikdə şəhərdə gəzinti turu təşkil etmişdik.Evə qayıdanda çox yorulmuşduq. Axşam yeməyindən sonra film izləyəcəkdik. Bu vaxt Sara'ya zəng gəldi. Sara təşvişlə ağlamağa başladı. Nə baş verdiyini bilmirdim. Yerə çöküb "Atam qəzaya düşüb. Xəstəxanadadır. Getməliyəm" dedi. Cəld hazırlaşıb evdən çıxdıq.Onu bu vəziyyətdə tək qoya bilməzdim. Dua edirdik ki, rayona gedəcək avtobus qalsın. Vağzala tam vaxtında çatmışdıq. Rayona gedən sonuncu avtobus 5 dəqiqə sonra çıxacaqdı. Bilet almaq üçün kassaya qaçdım. Təkcə bir bilet qalmışdı. Sara ilə bir-birimizə baxdıq. Sürücü "Avtobus yola düşür" deyəndə cəld bileti aldım. Daha işdən keçmişdi.
-"Sara,özünü Atana çatdır" deyib, Ona Sarıldım.
Sara biletini verib əyləşdi. Dua edirdim ki, Atasına heç nə olmasın. Gözlərimin yaşını silərək, Saraya əl elədim.. Hava qaralmışdı. Vaxt itirmədən şəhərə qayıdan avtobusa əyləşdim. Özümü yaxşı hiss etmirdim. Evimizə bir dayanacaq qalmış avtobusdan endim. Evdən çıxanda necə tələsmişdiksə, telefonumu unutmuşdum. Fikirləşirdim ki, anam zəng edib və mənə görə narahatdır. Qarşıdakı yolu keçərək evə gedən qısa küçəyə endim. Küçə lampaları hər gün yansa da bu gün sönülü idi. Qaranlıqdan qorxurdum, ürəyim tez-tez döyünməyə başlamışdı. İrəlidən qarışıq səslər gəlirdi. Donan əllərimi cibimə qoyub divarın küncünə qısıldım. Qaranlıqdan dəqiq görməsəm də 4-5 oğlan idi.
- "Nə qədər pulun varsa ver. Sənlə işimiz yoxdur."
Ürəyim yerindən çıxacaqdı. Bu nə iş idi başıma gəlmişdi. Geri qayıtmaq istəsəm də eşitdiyim tanış səs qulağımda cingildədi.
-Bura baxın, uşaqsız. Başınız bəlaya girməmiş buradan gedin.
Bu Kənan idi. Aman Allah, onun burada nə işi vardı axı?? Nə edəcəyimi bilmirdim. Oğlanlardan biri iyrənc şəkildə gülərək: "Getməsək nə olar?" deyib Kənana yumruq atdı. Dəqiq görə bilməsəm də Kənanın bunu cavabsız qoymayacağına əmin idim.
Aralarından biri digər yoldaşına "Yox, yox bıçaq olmaz. Çəkil" dedi. Az keçməmiş inilti səsi eşitdim.
-Axmaqsan axmaq. Nə etdin sən? Niyə vurdun onu?
Bıçaq Kənana dəymişdi.Ağlıma gələn fikirlə özümü hazırladım. Başqa yolum yox idi. Var gücümlə qışqırdım: "Polis,polis,polis. Kömək edin."
Səsimi eşidəcək qaçmışdılar. Məndən də qorxaq imiş axmaqlar. Az əvvəl yerdə inildəyən Kənanın gülüş səsləri ətrafa yayıldı.Məni səsimdən tanımışdı. Qaranlıqda onu seçə bilməsəm də səsi gələn tərəfə getdim.
Mən: Haradasan?
Səs gəlmədi.
Mən: Axmaqsan sən (qışqırdım). Mən burada dəli olmuşam, sən isə gülürsən.Daha da qorxutma məni..
Küçənin anidən yanan işıqları gözlərimi qamaşdırdı. Kənan qarşımda idi. Onu görən kimi üstünə atıldım. Möhkəm qucaqlayıb hönkürtü ilə ağladım. Sanki,illərdir tanıdığım bu adamı buraxmaq istəmirdim. Səssiz küçənin ortasında indi mənə doğma olan tək Kənan idi..
4-cü bölüm sonu.
Müəllif-ParadiseSark