Kır_papatyası

Kır_papatyası Şeirlər 5-01-2021, 16:31

Bextiyar Vahabzade "Sevdinse"

Bextiyar Vahabzade "Sevdinse"
Sevdinsə…Beş il, on beş il nədir,
Bütün ömrün boyu gözləyəcəksən.
Nə boyda zülm etsə sevgili sənə,
Sevdinsə…”hər zülmə döz”,- deyəcəksən.
Sevdinsə… Kölgəyə dönüb hər zaman
Sən onu hər yerdə izləyəcəksən.

Sevdinsə…qəm içib, dərd udacaqsan,
Onu unutmağı unudacaqsan.
Zərərin xeyirdir, xeyirin zərər,
Sevdinsə…Günahın içində haqsan.
Onu unutmağa çalışsan, əgər.
Sən özün -özünü unudacaqsan.

Sevdinsə…qanqalı gül biləcəksən.
Hər əsən yarpağa kövrələcəksən.
Sevdinsə…nə dünən, nə də bu günsən,
Sevdinsə…həmişə sən gələcəksən.
Sevdinsə…bir ömrün ilk sabahısan,
Dünyanın ən böyük xeyirxahısan.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
729 703 650 700 614 592

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.