Bakılı Avara

Bakılı Avara Azərbaycan 6-01-2021, 00:00

“Mənim evim Şuşa” Rusiyada dərc edildi

“Mənim evim Şuşa” Rusiyada dərc edildi
Həmyerlimiz, rusiyalı yazıçı Sabit Əliyevin “Mənim evim Şuşa” adlı kitabı Rusiyada işıq üzü görüb.

Xəbər verilir ki, tanınmış stomatoloq və Moskva klinikalarının birinin baş həkimi Sabit Əliyev “Mənim evim Şuşa” povestində Qarabağda müharibəni yaşamış və doğma yerləri tərk etmək məcburiyyətində qalan ailələrdən birinin tarixçəsindən söhbət açır.

Əsərin baş qəhrəmanı Azərbaycanın dağ kəndində doğulmuş bir gəncdir. O artıq yaşa dolub, tanınmış yazıçıdır, lakin ötən illər onun yaralarını sağalda bilməyib, hələ də dünyaya balaca oğlanın gözləri ilə baxır.

Sabit Əliyevin öz kitabını başa çatdırması ilə demək olar ki eyni vaxtda Şuşa və Qarabağın digər şəhərləri işğaldan azad edilib. Bu fakt sanki müəllifin uzaqgörənliyinə dəlalət edir.

Müəllif vurğulayır: “Biz uzun müddət rahat nəfəs ala bilmirdik. Lakin artıq bu gün bizim evimiz Şuşa azaddır və artıq hər birimiz rahat nəfəs ala bilərik”.

Sabit Əliyevin kitabı “LitRes”, “Labirint”, “Mybook”, “Bookmate” və digər rusdilli kitab portallarından oxumaq üçün əlçatandır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
547 614 461 573 545 527

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.