Bakılı Avara

Bakılı Avara İdman 5-01-2021, 23:50

Peledən Ronalduya cavab: “Unutma, mən 1283 qol vurmuşam”

Peledən Ronalduya cavab: “Unutma, mən 1283 qol vurmuşam”
“Yuventus”un hücumçusu Kriştianu Ronaldunun karyerasındakı qollarının sayını 758-ə yüksəldərək, 757 qolu olan Peleni keçməsindən sonra braziliyalı futbol əfsanəsinin cavabı gecikməyib.

Bu barədə “Hürriyet” yazıb.

Kriştianu Ronaldu 758 qolla dünyanın ən çox qol vuran futbolçusuna çevrilib. Bundan sonra isə Pele sosial şəbəkə hesabına “1283 qolla tarixdə ən çox qol vuran oyunçu” sözlərini əlavə edib.

Rəsmi olmayan qarşılaşmalarda vurduğu 526 qolla bağlı müzakirələr davam etdiyi bir vaxtda 80 yaşlı futbol əfsanəsi Pele Ronaldunun üç il əvvəl 78 qolla milli komandada ən çox qol vuran futbolçu adını ondan almasını da xatırladıb:

“Futbolun gözəl tərəfi qollardır. Mən də Ronaldunu məni geridə qoyduğu üçün təbrik edirəm. İndi 1283 qolu keçməlidir. Ronaldu, unutma, mən 1283 qol vurmuşam”, - deyə Pele bildirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
484 471 434 418 388 429

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.