ice berg

ice berg Müxtəlif 8-01-2021, 13:30

Bu Nə Yalandır Nə Də Doğru....

Bu Nə Yalandır Nə Də Doğru....
Yalan danışmaq – günahdır , doğru söyləmək – ayıbdır. Eyni zamanda həm yersiz , həm də təhlükəlidir. «Yalan danışmaq və yalan danışmamaq» dileması arasında qalan insan belə qərara gəlir ki , bir dəfə yalan danışana inanmazlar , inandırmaq ücün ən azı iki dəfə aldatmaq lazımdır . Hər bir uşaq hansı ki , ilk sözü deməyi öyrənir , elə oradaca da valideyinlərini aldatmağa çalışır. Həzin bir səslə ana «yat mənim əziz balam» deyərək uşağı yatağına qoyur. Bu vaxt kim yatar ? Uşaq başını qaldırıb, qarşoka tərəf əyilərək sevinclə « Pi…pi , pi …pi…» deyir. Tez tələsiy onu qarşoka qoyurlar . Beş -on dəqiqə vaxt udan uşağı yenidən yatağına qoyurlar. Ara sakitləşəndən bir az sonra , uşaq yenə də başını qaldırıb qarşoka tərəf əyilərək «Ə…ə , ə…ə,» deyir. Bu əvəzedilməz fırıldağı hər bir uşaq öz həyatında istifadə edir. Hətta bu o qədər uğurlu olur ki , üç -dörd yaşına qədər, ta yataq dəstini «batırmaq» ayıb olana qədər ondan yararlanır .Uşaqlıq yalanları təbii bir haldır. Lakin bu uşaqlıq halı böyüklərin ruhunda qalır. Sonralar onlar da uşaqlar kimi əliaçıq , sadəlövh, səmimi, şişirtməyə meyilli olmaqla bərabər uşaqlardan da az aldatmırlar. Amma düşünmədən , ağına bozuna baxmadan aldatmaq iyrəncilik sayılır. İnsanın yalanını tutmaq , onu oğurluqda tutmaq kimi şiddətli nifrət yarada bilər . Ona görə də qeyri adi bir yolla aldatmaq daha məqbul sayılır. Ucuz başa gəlmiş zərif makiyaj kimi .


BU YALAN DEYİLDİ , AMMA DOĞRU DA DEYİLDİ . HEKAYƏ.
Balaca qizcığazı valideyinləri yatağina qoydular.
-Mən , qarşoka istəyirəm – qızcığaz dedi.
Bu , yalan deyildi , amma , doğru da deyildi.
Qız böyüdü. Bir gün uşaq baxçasında keçirilən tədbirdə mahnı oxuyası oldu.
-Sən , hamıdan yaxşı oxudun , - valideyinləri onun başını sığalladılar.
Bu, yalan deyildi, amma, doğru da deyildi.
Bir gün məktəbdə imtahandan üç qiymət aldı.
-Mən, yaxşı öyrənmişdim , amma mənə pis bilet düşdü- deyə özünə bəraət qazandırdı.
Bu , yalan deyildi, amma , doğru da deyildi.
Qız böyüdü . Ərə getmək vaxtı çatanda , o namizədlər arasından ən imkanlısını seçdi .
-O, hamıdan çox xoşuma gəlir- deyə qız inad etdi .
Bu, yalan deyildi, amma , doğru da deyildi.
O , bu ailə həyatından çox şey gözləməsinə baxmayaraq , onun həyatı başqalarından fərqlənməyən adi bir həyat oldu.
-Mən , bədbəxtəm – deyə o qərar verdi.
Bu da yalan deyildi , amma, doğru da deyildi.
Bir müddəttdən sonra onda müəyyən ağrılar baş qaldırdı.
- Mən , xəstəyəm- deyə zarıdı.
Bu da yalan deyildi , amma , doğru da deyildi.
Qız qocaldı və dünyasını dəyişdi. O dunyada onu mələklər qarşıladılar.
-Xoş gəlmişsən. Səni görməyimizə şadıq ! Sən burada əbədi xoşbəxtlik tapacaqsan.
Bu da yalan deyildi , amma , doğru da deyildi.

Hər bir zarafatda , zarafat payı da var. Məntiqlidir. Onda hər bir doğruda , doğru payı da var.
Yaxşı ki, biz başqalarının fikrini oxuya bilmirik . Əgər biz bunu bacarsaydıq , insanlığa baxıb çox məyus olardıq. Onların doğru olan fikirləri bizə əziyyət verərdi. Amma , insanlar yalan deyirlərsə demək hər şey qaydasındadır. Biz , aldadılmağı sevirik . Özümüzdə başqalarını elə tanışlığın ilk günündə « Sənı görməyımə çox şadam» deməklə aldadırıq. Bu dünyada ən çox yayılmış yalandır. Tək – tək adamlar təmiz doğrü danışanlara qulaq asarlar . Elə bir roman, elə bir povest, elə bir pyes , kinofilm , tamaşa yoxdur ki,onun məzmunu mütləq düz olsun. Bu , ona görədir ki insanları doğru olan heç nə cəlb etmir.
Fantaziyalar nə qədər yüksək olarsa , doğru olmayanlar bir o qədər gerçək olar. Doğru olanlar nə qədər az olarsa , bir o qədər də yalançıların məhşurlaşma şansı artar. İş o yerə çatıb ki , doğru danışanlarda yalan uydurmaq haqqinda düşünürlər. Əgər , rəisin verdiyi tapşırıq haqqında nə düşündüyünüszü ona desəniz , artıq o sizin rəisiniz deyil. Daha doğrusu , o rəisdir siz onun işçisi deyilsiniz. Rəfiqənizin yeni saç düzümü haqqinda həqiqətən nə düşündüyünüzü ona desəniz , artıq siz onun rəfiqəsi deyilsiniz. İnsanları «yalan» detektorunda yoxladıqları kimi «doğru» detektorunda yoxlasaydılar yaxşı olardı. Onu da qeyd edək ki , insanlar nə yalana , nə də doğruya inanırlar . Onlar doğruya yaxın olana inanırlar.
Bütün bunlara baxmayaraq , nə qədər ağır olsa da , doğrudan yüngül heç nə yoxdur. Doğru oksigenlə doydurulmuş hava kimi təmizdir. Lakin , belə hava ilə qəlbi təmiz olanlar nəfəs ala bilərlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
450 472 476 455 437 454

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.