ParadiseSark

ParadiseSark Hekayələr 11-01-2021, 10:30

HƏR KƏSDƏN ÖNCƏ SƏN. BÖLÜM 14.

HƏR KƏSDƏN ÖNCƏ SƏN. BÖLÜM 14.
Bölüm 14...
------------------
Kənan'dan...
------------------
Artıq 1 həftə idi ki, Nazlının yaşadığı binanın həyətinə gəlib onun pəncərədən baxmasını izləyirdim. O mənim varlığımdan xəbərsiz olsa da onu görməyim mənə bəs edirdi..Həyətə daxil olan maşının işıqları gözlərimi qamaşdırdı. Gecədən xeyli keçmişdi. Hələ də Nazlını görə bilməmişdim. Maşından enib bir az irəlidə ağacın altında dayandım.. Gecənin səssizliyini Əsən külək və pişik miyoltusu pozurdu. Otağın işığı yandı və anidən pəncərə açıldı. Elə indi qışqırıb ondan bağışlanmağı diləmək istəyirdim. Səsim batmışdı ,sanki. Qəfil göz-gözə gəldik. Donmuş şəkildə bir-birimizə baxırdıq. Nazlının geri çevrilməsi ilə ağacın arxasına keçdim. Pəncərədən xeyli baxdı. Məni həqiqətən gördüyünü dəqiqləşdirmək istəyirdi... Örtülən pəncərə səsi.. İşığı söndürülən otaq...Maşına doğru irəlilədim. Geriyə dönüb baxanda otağındakı zəif işığı görə bilirdim.. Nazlı qaranlıqdan qorxurdu..Onu öz qaranlığıma məhkum etdiyim üçün peşman idim... Növbəti gün Azadın məzarını ziyarət etdim. Həmin gün Nazlını Azadın qəbri başında gördüm. Hönkürtü ilə ağlayıb Azadla danışırdı. Azadı öz doğması kimi sevdiyi nə qədər bəlli idi.. O an özümə bir daha nifrət elədim. Azada qarşı haqsızlıq etmişdim, ona sevgimi göstərə bilməmişdim. Nazlını da incidib qaranlıq dünyama gətirmişdim. Özümü heç cür bağışlaya bilmirdim. Çəkdiyim vicdan əzabı məni yandırıb kül etmişdi.. Yenə gizlənib Nazlının gedişini seyr elədim. Onunla üzləşmək cəsarətində deyildim... Nə bilərdim ki, tale bizi özü üzləşdirəcək....
Aradan bir neçə gün keçmişdi. Nazlını izləmirdim daha. Bəlkə, hər şeyi unutmuşdu. Yenidən həyatına girib ona yaşadıqlarımızı xatırlatmaq niyyətim yox idi.. Bu gün mənə gələn iş təklifi az da olsa məni sevindirdi. Ən azından işlə fikrimi yayındırmaq şansı qazandım.. Şad xəbəri ilk atamla bölüşmək üçün evə çatmamış atama zəng etdim. Atam da "elə sənə zəng edirdim,oğlum" deyib əlavə etdi: "Qonağımız var, evə getməyə hazırlaşır. Tez gəl onu apar taksi ilə getməsin".. Maşının sürətini artırıb evə doğru yol aldım. Maşından enmək istədiyim an gördüyüm mənzərə ilə donub qaldım.. Nazlı atam və anamla görüşüb maşına doğru irəliləyirdi.. Maşına əyləşib salam verdi.. Vurduğu ətrin qoxusu burnuma doldu.. Bu qoxu mənə illər öncəni xatırlatdı. Sükanı ovuclarım arasında möhkəm sıxaraq sürəti artırdım. Az sonra Nazlının zəif çıxan səsini eşitdim: "Mən burada enəcəm". Yaşadığı binadan bir az uzaqda idik. Səsini eşitmədiyimi zənn edərək yenə təkrar etdi. Güzgünü aşağı endirib Nazlının üzünü görə biləcək şəkildə düzəltdim. Tez-tez nəfəs alırdı,heç dəyişməmişdi. Anladım ki özünü yaxşı hiss etmir. Çatana yaxın anidən maşını saxladım. Maşından enəndə güzgüdən məni görmüşdü. Onunla belə üzləşəcəyim ağlıma gəlməzdi.. Həyəcanla aşağı endi. Mən isə maşını işə saldım. Bu an telefon zənginin səsi eşidildi lakin mənim yox. Nazlı çantasını unutmuşdu.. Maşını saxlayıb ardınca getdim. Özündə deyildi. Mənimlə belə qarşılaşacağını təsəvvür etmirdi. Elə mən də. Arxadan səsləyib dayanmasını gözlədim. Həyətin ortasında qısıq səslə qışqırırdı: "Toxunma".
Əllərimi möhkəm sıxdım. Ona yaşatdığım kabusu xatırlamışdı. Məndən qorxurdu. Nazlıya yaxınlaşmaq istəsəm də yaxınlaşa bilmədim. Çantanı ona uzatdım. Özünə gəlib reallığın fərqinə varmışdı. Axsayırdı, bu gedişlə evə yarım saata çatardı.. Soyuq şəkildə səsləndim:
Mən: Yeriyə bilmirsən kömək etməyimə icazə ver.
Nazlı: Lazım deyil.
Mən: İnad eləmə,bu gedişlə 1 saata çatarsan
Nazlı: Sənə nə.
Mən: Nə deyirəm onu elə.
Nazlı: Üzərimdə heç bir hüququn yoxdur.
Mən: Dediyimi etməlisən!
Nazlı: Əsla.
Əlavə bir söz deməyinə icazə verməyib onu qucağıma aldım. Evə qalxana qədər susub başını çiynimə qoydu. Bu hərəkəti bir az məni rahatlatmışdı. Bəlkə, danışıb hər şeyi qaydasına sala bilərdim. Evə çatanda bu evdən son gedişimi xatırladım və fikrimi dəyişdim.
Nazlı yerə çöküb ayağını tutdu. Görünür, çox ağrıyırdı. Əyilib ayağını əllərim arasına aldım. Məndən çəkinirdi.
-Əzilib, sadəcə. 1-2 günə keçər ağrısı deyib ayağa qalxdım.
Nazlı ağlayaraq "Bəs bunun ağrısı nə vaxt keçər?" deyib ürəyini göstərdi..
Susdum. Bu evdə qaldıqca əzab çəkirdim. Geri çevriləndə Nazlı qolumdan tutub məni saxladı:" Bu gün hər şeyi danışacaqsan."
Mən: Danışacaq sözüm yoxdur.
Nazlı : Danışmamağa haqqın yoxdur. Heç nə olmamış kimi davrana bilməzsən!
Mən: Bilmədiyin şeylər var, Nazlı.
Nazlı: Bilmək istəyirəm də. Mən də istəyirəm danışasan. Sevginin nə olduğunu bilmədim mən. Bütün saflığım o gecədə heç oldu. Nə qədər əzab çəkdiyimin fərqindəsən? Sən getməyi seçdin, qalıb mənim yaramı sağaltmaq istəmədin. Bəlkə indi hər şey fərqli olardı. Nömrənə belə zəng edirdim axmaq kimi.
O danışdıqca buz bağlayırdım. Əlavə söz deyib onu incitmək istəmirdim. "Getməliyəm " deyib qapıya yönəldim. Son sözləri artıq nöqtəni qoymuşdu: "Get. Onsuz da getməyə həvəslisən!"
Cəld otağa keçib əlində kiçik şəkillə geri qayıtdı. Bu Leyla ilə mənim şəklim idi. Şəkli əsəbi şəkildə ovuclarım arasına qoydu. Onu haradasa itirdiyimi zənn edirdim. Amma yenə yanılmışdım. Şəkil Leyla mənə aid olmadığı kimi bu evə də aid deyildi..Pilləkənləri enib dərin nəfəs aldım. Ya hər şeyi düzəldəcəkdim ya da Nazlının həyatından sonsuza qədər çıxıb gedəcəkdim. Leyla ilə olan şəkli parçalayıb zibil qutusuna atdım. Leyla və ona aid xatirələr zaman keçdikcə unudulmuşdu... Hisslərimə hər zaman güvənsəm də bu dəfə inkar etmək istəyirdim. Əllərimi saçlarım arasında gəzdirdim.. Mənə bu qədər vaxtdır əzab verən Nazlıya olan sevgim idi. Hirslə maşının təkərinə təpik atdım. Sakitləşə bilmirdim. Lənət olsun! Lənət olsun! Mən Nazlını Sevirdim....

14-cü bölüm sonu.
Müəllif-ParadiseSark

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
597 575 494 511 517 579

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.