ÊLfidÂ

ÊLfid İslam Dini 24-01-2021, 08:00

Haram ayda qan tökmək

Haram ayda qan tökmək

Hz.Məhəmməd (s.a.s.) Hicrətin 2ci ilində Abdullah b. Cahş'ı hüzuruna çağırdı və mühacir Müsəlmanlardan 8 nəfərlik birlik qurub Nahle vadisinə gedəcəyini dedi. Rəsul-i Əkrəm, ona birdə məktub verdi. Bu məktubu iki gün yol getdikdən sonra açıb oxumağını və ona görə hərəkət etməsini əmr etdi. İki günlük yoldan sonra Abdullah b. Cahş, əmrə uyaraq məktubu açıb oxudu. Məktubda bunlar yazılmışdı:
"Bu məktubumu gözdən keçirtdiyin zaman Məkkə ilə Taif arasındakı Nahle vadisinə qədər yeriyib, orada dur. Oradakı Kureyş'i izləyib, ala bildiyin xəbərləri gəlib bizə bildir"
Bu halda səriyyədən məqsəd, Kureyş'in hərəkətini izləmək, nə kimi hazırlıqlar gördüyünü təsbit etmək idi. Qəhrəman səhabə Abdullah b. Cahş, Hz.Rəsulallah'ın məktubuna, "Semi'na ve ata'na [Dinlədik və əməl etdik]" dedikdən sonra mücahitlərə də, "Hansınız şəhid olmaq istəyir və o məkan üçün darıxırsa mənimlə gəlsin. Kimində ondan xoşu gəlmirsə geri dönsün! Mən, Rəsulallahın əmrini yerinə yetirəcəm" dedi. Fədəkar mücahitlər tərəddütsüz, onun əmrinə itaət etdilər. Mücahidlər sıra ilə mindikləri dəvələrlə Nahle vadisinə çatdılar. Bu arada, yükləri quru üzüm və bəzi yemək maddələri olan Kureyş'in bir karvanı göründü. Mücahidlər, bunlara qarşı necə davranmalı olduqları barədə danışdılar. Hücum etməyəcəklərinə dair öncə bir qərar qəbul edə bilmədilər. Çünkü içində qan tökmək haram olan Rəcəb ayının girib girmədiyindən əmin deyildilər. Sonunda, hələ Rəcəb ayının girməsinə 1 gün olduğuna qərar verdilər. Buna görə Vakıd b. Abdullah bir oxla, karvanın rəisi Amr b. Hadremi öldürdü. Mücahidlər digərlərinin üstünə getdilər. İki nəfəri əsir alıb karvanı da ələ keçirdilər. Qurtulanlar, Kureyşliləri hadisədən xəbərdar etmək üçün Məkkə'yə doğru qaçmağa başladılar. Mücahitlər isə, iki əsir və karvanla birlikdə Mədinəyə döndülər. Səriyyənin başçısı Abdullah b. Cahş Həzrətləri vəziyyəti izah etdiyində, Hz.Məhəmməd (s.a.s.), "Mən, sizə haram olan ayda dava etməməyi əmr etmişdim!" dedi və qənimətdən hərhansı bir pay almadı. Səriyyəyə iştirak etmiş olan mücahitlər, Rəsuli Əkrəm'in bu hərəkəti qarşısında nə edəcəklərini bilmədilər. Digər səhabələr də onların bu hərəkətlərini qəbul etmədikdə, bütün ruhlarını böyük bir sıxıntı sardı. Rəsul-i Kibriyaya vəziyyəti izah etdilər. "Ya Rəsulallah!" dedilər. "Biz, onu Rəcəb'in ilk gecəsində və Cəmaziyəlahir ayının son gecəsində öldürdük! Rəcəb ayı girdiyində qılınclarımızı geri qoyduq!" Buna baxmayaraq Rəsulallah, özü üçün ayrılan qəniməti almadı. Çünki ortada bir şüphə var idi. Belə olduğu zaman müşriklər də bu hərəkəti dillərinə doladılar və dediqodu etməyə başladılar: "Məhəmməd və əshabı, haram ayı halal saydı, onda qan tökdülər, mal aldılar, adam əsir etdilər." Bu dediqoduları Mədinəlilərdə eşitdi. Digər tərəfdən, Mədinədə olan Yəhudilərdə artıq-əskik danışmağa başladılar. Buna görə səriyyəyə iştirak etmiş olan mücahitlər, bu hərəkətlərindən ötrü dərin bir hüzün içində idilər. Bir müddət sonra Hz.Məhəmmədə (s.a.s.) vəhy gəldi və məsələyi həll etdi:
"Sənə haram olan döyüşün hökmündən soruşurlar. De ki: 'O ayda savaşmaq böyük günahdır. Ancaq küfür və inkarla insanları Allah yolundan çevirmək, Məscid-i Haram'da tavaf və namazdan uzaq saxlamaq, Peyğəmbər və əshabını Məkkədən çıxartmaq, Allah qatında daha böyük bir günahdı. 'Allaha ortaq qoşmaq' fitnəsi, Müsəlmanların haram ayda etdikləri savaşdan da betərdir. Ey möminlər! Kafirlərin gücü yetsə, sizi dininizdən döndürənə qədər sizinlə savaşmaqdan bir an belə geri durmazlar." (Bəqərə,217)
Səriyyəyə iştirak etmiş olan mücahitlər, bu ayət üzərinə sıxıntı və mənəvi izdirabdan qurtuldular. Hz.Məhəmməd (s.a.s.) də özü üçün ayrılmış olan qənimət hissəsini qəbul etdi. Müşriklər isə əsirləri üçün qurtuluş bədəli göndərdilər. Əsirlərdən sadəcə Osman b. Abdullah, Məkkə'yə getdi. Digər əsir Hakem b. Keysan isə Müsəlman olub Mədinə'də qaldı.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
621 533 580 514 555 523

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.