Gulusum

Gulusum Sevgi 26-01-2021, 13:31

Kimsəyə söyləmə gecə ...

Kimsəyə söyləmə gecə ...

KİMSƏYƏ SÖYLƏMƏ, GECƏ

Ağladığımı kimsəyə söyləmə, gecə,

Onlar məni yuxuda bilirlər,

Başımı dizlərinə söykəyib,

Xəyala dalacağımı bilmirlər…

Ağladığımı kimsəyə söyləmə, gecə,

Hirslənəndə dağları aşıraram sanarlar,

Sadəcə őzümü yandırıb,

Qaralar bağladığımı bilmirlər

Ağladığımı kimsəyə söyləməŞ gecə,

Onlar məni yosun tutmaz qaya bilirlər.

Halbuki gözlərim hər dəm dalğalı,

Acıyı qurtum qurtum içdiyimi bilmirlər…


Ağladığımı kimsəyə söyləmə, gecə,

Onlar məni qəlbsiz bilirlər.

Sevməyi əsirlik bir andla öyrəndim,

Sevdanın halımdakı izini görmürlər…


Ağladığımı kimsəyə söyləmə, gecə,

Onlar məni qorxudan cəsarətimlə bilirlər

Həyatın ən acımasız yanından düşdüm.

İndi addım atmaqdan necə qorxduğumu bilmirlər…


Ağladığımı kimsəyə söyləmə, gecə,

Onlar məni yaz yağışlarına aşiq sanarlar.

Gələr keçər dediklərində solduğumu,

Gülün yazda deyil payizdakı sancısını bilmirlər…


Ağladığımı kimsəyə söyləmə, gecə,

Onlar məni ağlamaz sanarlar.

Xatirimdəki rəsimləri gözlərimə asıb,

Göz yaşımla silməyə çalıştığımı bilmirlər…


Ağladığımı kimsəyə söyləmə, gecə,

Sənsizliyə öyrəşdim, adını unutdum sanarlar

Bütün şeirlerə adını yazıram,

İmzamdaki hüznün adı "SƏN" bilmirlər…


Ağladığımı kimsəyə söyləmə, gecə,

Onlar mƏni heç qırılmaz sanarlar…

SənƏ necə sitəm yüklədiyimi,

Can qırıqlarımın hesabını bilmirlər…


Ağladığımı kimsəyə söyləmə, gecə,

Onlar məni şair sanarlar…

Məçhula məktublar postalayıram,

Cavab gəlməyəcək heç,

üzülürem....

Amma bilmirlər…


Ağladığımı kimsəyə söyləmə, gecə,

Onlar məni gülə də bülbülə də düşmən bilirlər.

Mən vəfasız bir aşiq üzündən nağıl anlatmaz oldum,

Vəfasızlığı gördükcə ağladığımı bilmirlər…


Ağladığımı kimsəyə söyləmə, gecə,

Üzümdəki təbəssüm silinməz mürəkkəbdən sanarlar.

Mən neçə zamandır heç gülə bilmədim,

Matəmimin bir yaz sancısından qaldığını bilmirlər…


Ağladığımı kimsəyə söyləmə…

Bilməsinlər…

Və bəlkə üzülərlər,

Üzülməsinlər...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
730 703 610 654 733 704

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.