ParadiseSark

ParadiseSark Hekayələr 27-01-2021, 08:00

HƏR KƏSDƏN ÖNCƏ SƏN. BÖLÜM 26.

HƏR KƏSDƏN ÖNCƏ SƏN. BÖLÜM 26.
26-cı bölüm.
----
Gözlərimi açanda harada olduğumu dərk etməyə çalışdım. Sanki, günlərdir yatmırdım, bədənim yorğun düşmüşdü. Ağrı ilə inildədim.. Öz-özümə adımı fikirləşdim. Nazlı. Adımı unutmamışdım. Gülümsədim. Anamın yanımda olmasını çox istəyirdim. "Ana" dedim boğuq çıxan səsimlə.. Başımı hərəkət etdirməyə çalışdım. Ancaq cəhdim uğursuz oldu. Gözlərimdə və alnımda ifadə edə bilmədiyim sızıltı vardı. Olanları xatırlamağa cəhd elədim. Kino lenti kimi gözlərimin önündə canlandı yaşadıqlarım. Kaş ki mənə acı verən hər şeyi unudardım. Ağrıdan gözlərimi bağladım. Açılan qapının səsini eşitdim. Ancaq reaksiya verə bilmədim.. Üzümə sığal çəkən əlin istiliyini hiss elsəm də gözlərimi aça bilmədim.
- Bağışla.. Bağışla, gözəl qızım.
Atamın səsini eşidəndə qanım dondu.
- Necə böyük səhv etdim mən. Ailə səadətimi qurban verdim nəfsimə. Bu ağılsız hərəkətimin peşmançılığını çəkdim həmişə.. Səhvimi anlayanda çox gec idi. Geri qayıtmağa, ananın üzünə baxmağa xəcalət çəkdim. Ailə qurdum, başqasının övladına atalıq edib acımı yüngülləşdirməyə çalışdım.. Vətəndən qürbətə üz tutdum. Səni görəndə keçirdiyim hissləri təsəvvür edə bilməzsən.. Canımdan, qanımdan bir parçam... Bacarsan, bacarsan məni bağışla!
Addım səsləri uzaqlaşdı, qapı örtüldü. Bayaqdan saxladığım göz yaşlarım yanağım boyunca axın elədi. Qışqırmaq, onu dayandırıb ürəyimdəki sözləri demək istədim. Nəfəsim daraldı, ürəyim yerindən çıxacaqdı, sanki. Qarşımda dayanan simanı xatırlamağa çalışdım. Kənan. Kənan. Onu necə unuda bilərdim axı. Əlimi qaldırdım ancaq bacarmadım.. Dodaqlarının hərəkətindən anladım nə isə deyir. Qulaqlarımdakı uğultu onu eşitməyə imkan vermədi. Gözlərimi açanda gecə idi. Otaqda lampa yanırdı, qolumdakı iynə çıxarılmışdı. Başımı hərəkət elətdirdim. İndi daha yaxşı idim. Kənan əyləşdiyi stulda yuxuya getmişdi. Bu halı ilə balaca uşağa bənzəyirdi. Ayağa qalxdım, çarpayının kənarlarına tutunaraq yeridim. Kənanın başı üstdə dayandım. Əlimlə saçlarına toxundum. Bunu etməyi çox sevirdim. Gözlərini açıb məni görəndə gülümsəyib ayağa qalxdı. Məni özünə çəkib qucaqladı :" Nəfəsimsən". Yanağımdan sonra boynumdan öpdü. Başım yenə gicəlləndi. Məni qucağına alıb çarpayıya uzatdı.
Mən: Saat neçədir?
Kənan: Bir olub..
Mən: Mənim çantam.. ah...anam nə qədər zəng edib mənə.. indi çox nigarandır.
Kənan: Rahat ol. Kərim çantanı gətirib. Telefonun da məndədir. Anana sənin adınla mesaj yazmışam. Heç nədən xəbəri yoxdur.
Mən: Hıı. Əcəb iş görmüsən.(gülümsədim)
Kənan: Məni çox qorxutdun.
Mən: Belə olsun istəməzdim.. Üst-üstə gələndə hər şey belə oluram..Buna alışmışdım ancaq bu həddə çatmamışdı..
Kənan: Yanında olacam. Birlikdə hər şeyi düzəldəcəyik. Həkim yazan dərmanları almışam. 1 ay ərzində tam sağalacaqsan..
Kənan yanımda uzandı. Otağa gülüş səslərimiz yayıldı. Bizi bu halda görsələr çox utanardım. Başını başıma söykəyib, dərin nəfəs aldı..
Mən: Atam gəlmişdi..
Kənan: Bilirəm.
Mən: Peşmandır, Kənan. Ancaq nə faydası. Elə bil onun qızı deyiləm. Çox hissizləşmişəm..
Kənan: Bu halda səni ən yaxşı mən anlayıram.
Mən: Anama bu olanları danışanda.. necə münasibət bildirəcək? Sənlə aramızda olanları biləndə nə olacaq?
Kənan: İndi bunları fikirləşmə. Sən yaxşı olandan sonra hər şey yaxşı olacaq...
Mən: Kərimlə danışdın?
Kənan: Danışdım,Nazlı.. Hər şeyi bilir.
Mən: Sevindim.. İndi nə olacaq?
Kənan: Olacaq bir şey yoxdur. Kərim.. çox pis oldu. Yəqin ki anası ilə arasında soyuqluq olacaq..
Mən: Biz... bəlkə də..ən məsum qurbanlarıq..
Kənan: Elədir.. Uşaqlığımızı əlimizdən alanlar hələ indi peşman olurlar.. Gecdir.
çox gecdir..
Kənan məni özünə çəkib, saçlarımdan öpdü. Onun qolları arasında yuxuya getdim... Səhər oyananda qorxduğum başıma gəlmişdi. Otaqda öskürük səsi eşidildi. Kənan cəld çarpayıdan endi. Utandığımdan gözlərimi açmamışdım. Kərim Kənandan üzr istədi : "Mən.. bilmədim.. saat 10 olub..Həkimlə danışdım mən də. Nazlı yaxşıdırsa, bu gün çıxa bilər".
Kənan: Tək gəlmisən?
Kərim: Hə. Anam Nazlıya görə narahatdır.Ancaq, bu halda gəlməsini istəmədim,onunla qarşılaşmaq istəmədiyini bilirəm..Mən Hər şeyi danışdım ona..Sənin Ayaz olduğunu bilir artıq..
Kənan: Mənim üçün fərqi yoxdur, Kərim. Onun mənim kim olduğumu bilməsi heç nəyi dəyişdirməz..
Kərim: Şans ver ona. Heç olmasa bir dəfə danışın.
Kənan: Kərim, qəlbini qırmaq istəmirəm. Məni başa düş. Onunla danışacaq sözüm yoxdur...
Onların söhbətini daha artıq dinləmək istəmədim. Gözlərimi açıb qarşımda dayanan iki qardaşa baxdım. Tale məni onlarla qarşılaşdırmışdısa buna bir səbəb vardı.. Onlara baxıb gülümsədim....
--1 həftə sonra--
1 həftə idi ki, müalicələrə başlamışdım. Anama hər şeyi xırdalığına qədər danışmasam da müalicə aldığım haqda xəbəri vardı. Mənə görə narahat olduğu üçün bu gün şəhərə gələcəkdi. Bu müddət ərzində Kənanla Kərim məni tək buraxmamışdılar. Qapının zəngi məni fikirlərdən ayırdı. Anamın gəldiyini düşünüb sevincək qapıya qaçdım. Qapını açanda fərqli mənzərə ilə qarşılaşdım. Məryəm xanım və atamı görəndə üzümdəki təbəssüm təəccübə çevrildi.. Salamlaşıb içəri dəvət etdim. Aradakı münasibət soyuq olsa da Məryəm xanım məndən narahatlığını dilə gətirdi. Atamın üzünə baxmırdım, heç o da bir söz danışmırdı. Bir az söhbətləşəndən sonra telefonuma zəng gəldi. Anam olduğunu görəndə ürəyim çırpınmağa başladı. Allahım, kaş qarşılaşmasınlar. Telefonu açıb " Alo" dedim. Qarşı tərəfdən anamın səsi eşidildi: " Qızım, çatmışam. Zəng etdim ki,yatmısansa oyadım."
-Hə, Ana. Gəl.
Telefonu söndürüb Məryəm xanıma baxdım: "Anam.. gəlir."
Atam cəld ayağa qalxdı: " Məryəm biz gedək".
Qapını açanda anlamla qarşılaşdıq. Bu anı yaşayacağım heç ağlıma gəlməzdi. Onsuz da ağlıma gəlməyən nə vardısa başıma gəlmişdi. Anamın üzündəki donmuş ifadə ürəyimi parçaladı. Məryəm xanım və atam salam verib aşağı endi... Anamı qucaqlayıb "Keç ana, hər şeyi danışacam" dedim...
Budur.. Tərk edilmiş iki gözüyaşlı.. Anam layiq olmadığı halda, səbəbsiz tərk edilmişdi. Bəlkə də atamın ağılsızlığının tək qurbanı anam idi. Anama hər şeyi danışmışdım. Atamın mən xəstəxanada olanda dediyi sözləri anama deyəndə göz yaşımı saxlaya bilməmişdim. Kənanın Məryəm xanımın oğlu olduğunu biləndə anam dərin sarsıntı keçirmişdi.. Bu qədər adamın içində gedib onun oğluna könül vermək anama həm təsir etmiş, həm də onu təəccübləndirmişdi. Məni qucaqlayıb " Qismətdən boyun qaçırmaq olmaz..Nə olsa da yaşamalı olduğumuzu yaşayırıq, qızım.. Kaş mənə əvvəldən deyərdin hər şeyi.. Bu qədər pis olmazdım".
Anamın göz yaşını silib: "Məni bağışla, Ana. Sənə necə deyəcəyimi bilmədim."
Anamın məni anlayışla qarşılaması ilə yüngülləşmişdim. Yaxşı ki O mənim Anam idi. Anam bildirməməyə çalışsa da onun nə qədər pis olduğunun fərqində idim. Bir az əvvəl gördüyü mənzərə çox ağır idi. Anamın bu qədər güclü olması ilə fəxr edirdim. Hər şeyin ortaya çıxması ürəyimi rahatlaşdırmışdı. Yaxşı günlərin qapıda olduğunu hiss edirdim.. Axşama qədər anamla söhbət etmişdik.. Yeməkdən sonra Kənan zəng edib gəlmək istədiyini bildirdi. Bu Anamla tanış olmaq üçün əla fürsət idi.. Qapının zəngi çalındı. Qapını açıb Kənanı qarşıladım. İçəri keçib üzümdən öpdü.
Mən: Hey,neynirsən?
Kənan: Nədir? İcazə vermirsən?
Mən: Kənannn
Kənan göz vurub, yenə üzümdən öpdü.
Mən: Anam içəridə ( qaşımı qaldırıb, özümü əsəbi göstərməyə çalışdım)
Kənan yanağımı sıxıb içəri keçdi. Bu adama gülmək çox yaraşırdı. Bəlkə də mən onun gülüşünə aşiq olmuşdum. Verdiyi vədləri yerinə gətirən Kənan mənim xoşbəxtliyə açılan yelkənim idi..♡♡

26-cı bölüm sonu.

Müəllif-ParadiseSark.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
748 799 674 725 668 732

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.