ParadiseSark

ParadiseSark Hekayələr 29-01-2021, 08:30

HƏR KƏSDƏN ÖNCƏ SƏN. BÖLÜM 28.FİNAL.

HƏR KƏSDƏN ÖNCƏ SƏN. BÖLÜM 28.FİNAL.


HƏR KƏSDƏN ÖNCƏ SƏN .28-Cİ BÖLÜM.FİNAL.
---------------------------------------------------------------------------------------------
Geridə qalsa da gözəl xatirəsi ilə ağlımdan silinməyən gecə həyatımı dəyişdi. Kənan Saleh əmigil ilə danışandan sonra onlar da anamla görüşüb onun razılığını aldı. Həyəcanlı olsam da bu təkcə evliliyə görə deyildi. Kənanın ailəsi son olanlarla bağlı bəzi şeyləri bilmirdi. Kənan nə qədər Kərim haqda danışmaq istəsə də bacarmamış, Saleh əminin ürəyində ağrı olduğu üçün risk etməmişdi. Azadın acısına yeni öyrəşmişkən, illərdir varlığından xəbərsiz oğlunun olmasını asan həzm edə bilməyəcəkdi. Bu narahatlıq məni didərgin etmişdi. Sara və anam elçilik gününə qədər yanımda qalacaqdı.. Kənana zəng edib narahatlığımı bildirdim.
Kənan: Nazlı, atama necə deyəcəyimi bilmirəm. Elçilikdən sonra mütləq deyəcəm.
Mən: Kaş əvvəldən deyərdin. Heç olmasa Ülkər xalaya..
Kənan: Bu gün.. bu gün danışacam onunla. Bəlkə, o mənə doğru yol göstərər.
Bu sözlə ürəyim bir az rahatlaşdı.. Beynimdən bütün fikirləri atdım. Sara ilə elçilik üçün hazırlıq edəcəkdik....
--Elçilik günü--
Axşam üçün lazım olan bütün hazırlıqlar tamamlanmışdı. Son dəfə güzgü önünə keçib özümə baxdım. Sadə makiyaj etmişdim. Saçlarımın kənarını toplayıb açıq buraxmışdım. Əynimdəki uzun, açıq bənövşəyi donu Kənanla birlikdə almışdım. Düşünürdü ki, bu rəng mənə yaraşır. Qapı zəngi çalınanda Sara məni səslədi: Qonaqlar gəldi, Nazlı..
Anamın yanında dayanıb gələn qonaqları qarşıladım. Ülkər xala mənə möhkəm sarıldı. Bu qadını çox sevirdim. Mənlə öz doğma qızı kimi davranırdı. Saleh əmi alnımdan öpüb içəri keçdi. Qonaqlar arasında bəzi adamları tanımasam da, bəzilərini Azadın dəfnində görmüşdüm... Axşam 11-ə yaxınlaşırdı. Qonaqlar gedəndən sonra Ülkər xala ilə Saleh əmi qalmışdı. Saleh əmiyə zəng gələndə fürsət bilib Ülkər xalanın yanında əyləşdim. Kənanın onunla danışıb-danışmadığını soruşacaqdım ki, qapı zəngi çalındı. Kənan və Kərim içəri daxil oldu. Kərim hər kəslə salamlaşdı. Saleh əmi eyvandan içəri keçdi. Kərimi gördüyü an təəccübləndi. Onu Azada bənzətdiyinə əmin idim. Kərim salam verdi. Saleh əmi Kərimi qucaqladı: " Kənan, bu cavan oğlan dostundur?"
Kənan tərəddüdlə dayandı.. Dərin nəfəs alıb:" Ata, danışacam hər şeyi. Əyləş"...
Otağa sükut çökmüşdü. Hamımızın gözü yaşlı idi. Saleh əmi Kərimin kürəyinə toxundu: "Bir oğlumu itirdim, birini qazandım. Görürsən, Ülkər? Azada necə də bənzəyir".
Ülkər xala hönkürtü ilə ağladı. Bu gecə gizli qalmış nə vardısa açığa çıxdı. Yaraları açan günahkarları ürəyimiz çətin bağışlayacaqdı....
3 il sonra...
Ani səssizliklə dik atıldım.. Yuxulu olduğum üçün keyləşmişdim.. Kərim qapını açdı : "Yaxşısan,Nazlı?"
(gülümsədi)
Mən: Yuxu tutub yenə. Yaxşıyam. (yanağını sıxdım)
Kərim: Bax, səninkilər gəlir..( qarşı tərəfi işarə edərək)
Gülümsəyib maşından aşağı endim. Yerimdə dayanıb gözəl mənzərəni seyr etməyə başladım. Kənana ata olmaq necə də yaraşırdı.. Mənə xoşbəxtlik vəd edən adam xoşbəxtliyin özü idi.. İrəli qaçıb onlara sarıldım. Oğlumuzu qucağıma aldım: "Uğurum? Atanla macəra yaşadız yenə? 2 dəqiqəlik yatmışam deyə tez qaçmısız" .
Kənan məni özünə çəkdi: "Ən gözəl macəram sənsən. Sənsiz qaçmarıq".
Kərim öskürərək varlığını hiss etdirməyə çalışdı. Cəld Kənandan ayrıldım. Kənan hiyləgər şəkildə gülərək: " Sən niyə bizim yanımızda dayanmısan?" dedi.
Kərim ətrafa boylanaraq: " Mənim də bir sevgilim olsa sizin yanınızda... " dedi. Kənanla bir-birimizə təəccüblə baxarkən Kərim başına vurub "Lalə" deyə qışqırdı, "Mən Laləni unutmuşam. Öldürəcək məni. Bu gün o da bizlə gələcəkdi axı. Heç olmasa siz xatırladardız". Kərim gileylənərək maşına minib bizdən uzaqlaşdı. Hələ də sevgilisi olduğuna alışmamışdı. Bu halı ilə çox gülməli idi. Yaxınlıqdakı kafelərdən birində onları gözlədik.. Kənanın əllərindən tutdum: " Xoşbəxtsən?"
Kənan : Heç olmadığım qədər.. Niyə bu sualı verdin?
Mən: Bilmirəm. Hələ də inanmıram ki evliyik..
Kənan: Ahh. Olmadı ki bu. Uğuru unutdun? Bu möcüzədir..Bizim möcüzəmiz..
Gülümsədim. Başımı Kənanın çiyninə söykədim. Yayın sərin mehi saçlarımı uçurdu. Kənanın qollarında yuxuya getmiş oğlumuza baxdım. Necə məsum idi.. Kənana " Bu olanlar.." dedim. Sözümü kəsərək əlavə elədi: "Yaşanmalı idi və yaşandı"...
Bu bizim xoşbəxtliyə çatana qədər yaşadıqlarımızın hekayəsi idi. Acılarımızı unutmuşduqmu? Xoşbəxt günlər, gözəl xatirələr unutdura bilir acıları. Ancaq insan acılarla yaşamağı öyrənir, bəzən.. İllər əvvəl gözümdə canlandı. Məryəm xanım və atam bizlə görüşüb Səhvindən peşman olduqlarını dilə gətirmişdilər.. günahkar uşaqlar kimi başlarını aşağı salıb bağışlanmalarını istəyirdilər. Gec olduğunu anlamışdılar... Kənan Məryəm xanıma " Ana" deyib qucaqlamışdı. Mən də atama sarılmışdım. Onlardan kiçik olsaq da böyüklük etmək bizə qalmışdı. Kənanla evlənəndən 3 ay sonra atam keçirdiyi qəzada həyatını itirmişdi. Özümə gəlməyim zaman almışdı. Hamilə olduğumdan xəbərsiz idim və keçirdiyim sarsıntı ilə uşağımı itirmişdim.. Məryəm xanım yenidən Almaniyaya qayıtmışdı. Sonradan xərçəng xəstəliyi diaqnozu ilə xəstəxanada müalicəyə başlamışdı. Kənan onu Vətənə gətirmək istəsə də Məryəm xanım razılıq verməmişdi. Atamın ölümündən 6 ay sonra Məryəm xanım da həyata gözlərini əbədi bağlamışdı. Üst-üstə yaşadığımız ağır günləri birlikdə əl-ələ verərək ötürmüşdük. Kərim evlərini satmış Saleh əminin-öz doğma atasının yanına köçmüşdü. Saleh əmi və Ülkər xala isə bir tərəfdən baba-nənə olmağının sevincini yaşayarkən, bir tərəfdən də Kərimin toyu üçün hazırlaşırdı. Saranın da bir qızı olmuşdu. Həyat yoldaşı ilə xoşbəxt yaşayırdılar.. Anam qəsəbədə öz işini davam etdirirdi. Hərdən qəsəbəyə gedib anamın yanında qalırdıq. Kənanın işləri olması səbəbindən şəhərə qayıtmalı olurduq. Uğur doğulandan sonra işlərimi bir kənara atıb zamanımı oğluma xərcləməyimi üstün tutmuşdum. Kənan məni səsləyib fikirlərimdən ayırdı. İşarə edərək "Bunlara bax" dedi. Kərim Lalə ilə birlikdə kafeyə daxil oldu.. Onların bu halına möhkəm güldük. Biz olan masaya çatana qədər bir-birilə didişdilər. Tanışlıqları da bu cür başlamışdı. Lalə Kərimə çox hirslənmişdi. Bu ki, normal idi. Heç adam öz sevgilisini unudar? Yanımıza çatanda Kərim diz çöküb " Lalə,mənimlə evlənərsən?" dedi. Lalə hələ də danışırdı. Kərimin sözlərini indi dərk edən Lalə anidən susdu və "Hə" deyə qışqırdı. Uğur Lalənin səsinə oyanıb ağlayarkən yenicə sakitləşən Kərimlə Lalə dalaşmağa başladı... Uğuru götürüb "mehriban cütlüyün" yanından qaçdıq....
Dəniz Kənarı... Ayaqlarım suyun içində rəqs edirdi, sanki. Kənan arxadan məni səslədi. Dayanıb onu gözlədim.
-Uğur hanı?
+Əmisinin yanında..
Dəniz bu gün sakit olsa da, Arada əsən sərin meh dənizi dalğalandırırdı. İkimiz də dənizi seyr edirdik.. Əmin idim ki, eyni şeyləri düşünürdük. Bir-birimizə baxıb gülümsədik, Kənan əlimdən tutdu: "Buraxmayacam heç əlini. Nəfəsimsən mənim".
Gülümsədim:"Sən də mənim nəfəsimsən" ona yaxınlaşdım və əlavə etdim: "Oğlumuz olsa Azad adını verərik".
Kənan şad olmuşdu:"Çox gözəl fikirdir". Anidən çevrilərək qışqırdı: " Nə??? Yenə??"
Nəhayət ki, nə dediyimi anlayaraq məni qucağına alıb qaçdı: "Ata olacam. Eşidirsiz? Ata".
Özümüzü qumun üstünə atdıq. Gülüş səslərimiz dənizin səsinə qarışdı..
Kənanla ilk tanışlığımı xatırladım.
"Rahat deyilsənsə yerimi dəyişə bilərəm" demişdi yanımdakı adam.. Nə biləydim ki, hüzurumu bu sözləri deyən adamın yanında tapacaqdım. Nə biləydim ki, Həyatımın baş rolunda Hər Kəsdən Öncə O Gələcək..

28-ci bölüm sonu. Final.
Müəllif-ParadiseSark.


28 bölümlük hekayənin sonuna gəldik.Ilk öncə oxuyan, dəstək olan, şərh yazan, fikir bildirən hər kəsə sonsuz minnətdarlığımı bildirirəm. Açıqlamada bildirsəm də bir daha qeyd etmək istəyirəm: Hekayəni yazıb bitirsəm də silindiyi üçün yenidən yazmalı oldum. Bəzi hissələr dəyişdirilib və qismən təxəyyül məhsulu olmaqla, tamamilə realdır. Hekayəni burada bitirməyimin səbəbi hadisələri uzadıb maraqsızlaşdırmaq istəmədiyim üçündür. Ümid edirəm, bəyəniləcək final olacaq. Tək bu saytda paylaşıldı "Hər Kəsdən Öncə Sən" və bu hekayənin sayəsində burada fəaliyyət göstərdim,, sizləri tanıdım və məmnun oldum..Bir daha təşəkkürlər..💜

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
797 692 629 666 680 664

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.