Zülmət
Zülmət eşqimizə çıraq olmuşam,
Həsrət yıxanda da dayaq olmuşam,
Yaxınkən bu qədər uzaq olmuşam?
İndi tanımadı məni sevgilim.
Küsəndə barışdım ürəyində mən,
Şam kimi alışdım ürəyində mən,
Ən yaxın tanıdım ürəyində mən,
İndi tanımadı mə ni sevgilim.
Körpə idi, böyüdü qəlbdə sevgimiz ,
Necə də ülvi idi,necə də təmiz,
Ya mən qocalmışam,ya da eşqimiz,
İndi tanımadı məni sevgilim.
Biz eşqə düşmüşdük eşqdən gizlicə,
Qəmi də döndərdik şadlıq,sevincə,
Əvvəl nigarımdı,deyin bəs necə,
İndi tanımadı məni sevgilim.
Mən onu hiss etdim çiçəkdə,güldə ,
Qoxusunu gətirdi hər əsən yel də,
Ürəkdə tanıdı, amma ki dildə,
İndi tanımadı məni sevgilim.
Batdı dəryalarda sevgi yelkəni,
Məni öz sevgimin etdi düşməni,
Mənə yad olanlar tanıdı məni,
İndi tanımadı məni sevgilim.
Atdım xatirəmi dənizə, suya,
Bəlkə bu ağrını dənizlər yuya,
Eşqin tanışlığın satdı qorxuya
İndi tanımadı məni sevgilim.
Nə olsun canımdan ayrı can oldu.
Həyatda unutmaq çox asand oldu,
Yəqin zaman kimi unutqan oldu
İndi tanımadı məni sevgilim!
Həsrət yıxanda da dayaq olmuşam,
Yaxınkən bu qədər uzaq olmuşam?
İndi tanımadı məni sevgilim.
Küsəndə barışdım ürəyində mən,
Şam kimi alışdım ürəyində mən,
Ən yaxın tanıdım ürəyində mən,
İndi tanımadı mə ni sevgilim.
Körpə idi, böyüdü qəlbdə sevgimiz ,
Necə də ülvi idi,necə də təmiz,
Ya mən qocalmışam,ya da eşqimiz,
İndi tanımadı məni sevgilim.
Biz eşqə düşmüşdük eşqdən gizlicə,
Qəmi də döndərdik şadlıq,sevincə,
Əvvəl nigarımdı,deyin bəs necə,
İndi tanımadı məni sevgilim.
Mən onu hiss etdim çiçəkdə,güldə ,
Qoxusunu gətirdi hər əsən yel də,
Ürəkdə tanıdı, amma ki dildə,
İndi tanımadı məni sevgilim.
Batdı dəryalarda sevgi yelkəni,
Məni öz sevgimin etdi düşməni,
Mənə yad olanlar tanıdı məni,
İndi tanımadı məni sevgilim.
Atdım xatirəmi dənizə, suya,
Bəlkə bu ağrını dənizlər yuya,
Eşqin tanışlığın satdı qorxuya
İndi tanımadı məni sevgilim.
Nə olsun canımdan ayrı can oldu.
Həyatda unutmaq çox asand oldu,
Yəqin zaman kimi unutqan oldu
İndi tanımadı məni sevgilim!






